Bia.Az

Növbəti Şuşa haray-həşiri - İsfar və Şuşanın qardaşlaşması erməniləri QƏZƏBLƏNDİRİB

Siyasət
 7-04-2023, 12:23     279

"Azərbaycan tərəfindən işğal olunan erməni şəhəri Şuşi və Tacikistanın  İsfar şəhəri qardaşlaşıblar. Protokolu Tacikistan imzalayıb. Farsdilli (irandilli) Tacikistanın türkdilli Azərbaycana doğru geosiyasi dönüşü politoloqları təəccübləndirir, çünki bu, İran və Azərbaycan arasında dövlətlərarası münasibətlərin kəskinləşməsi fonunda baş verir".

Musavat.com xəbər verir ki, bu sərsəm iddia və təstə təsbitlə Rusiya ermənilərinin yerkramas.org saytı çıxış edib

 (https://www.yerkramas.org/article/190747/provokaciya-v-dushanbe). Sayt müvafiq yazısına "Düşənbədə təxribat" başlığı qoyub. 

Tacik və rus oxucuları "məlumatlandımaq" istədiyini bildirən müəllif həmişə olduğu kimi, Şuşanı erməni şəhəri adlandırır, şəhərdə çoxlu erməni abidələrinin olduğunu iddia edir. 


Şuşadakı erməni kilsəsinin təmir olunduğunu əks etdirən yazıda eyni zamanda iddia olunur ki, erməni mədəniyyət abidələri, kilsələr məhv edilir.скачать dle 12.1