Arxiv

Oxunub:115 / 31 mar 10:07siyaset, gundem

Cavid Qurbanovun adamı istədiyini edir... - 40 il stajı olan YAP-çı işdən çıxarılıb



Cavid Qurbanovun adamı istədiyini edir... - 40 il stajı olan YAP-çı işdən çıxarılıb
















Cebhe.info-ya müraciət edən Gəncə şəhər sakini Nadir Qasımov işdən əsassız çıxarıldığını iddia edir.

O, 1979-ci ildə Kirovabad (Gəncə) Lokomativ Deposunda malyar vəzifəsinə qəbul olunub. İşlədiyi müddətdə hər hansı bir narazılıqla üzləşmədiyini bildirir:

“Müdiriyyət tərəfindən haqqımda intizam tənbehi tətbiq edilməmiş, işimin öhdəsindən layiqincə gəlmişəm”.

Nadir Qasımov 2012-ci ildə Əmək Məcəlləsinin B bəndi ilə işdən çıxarılıb: ''

Cavid Qurbanovun adamı istədiyini edir... - 40 il stajı olan YAP-çı işdən çıxarılıb













“Həmin əmrlə işdən çıxarılmağımı qanunsuz və əsassız hesab edirəm. Bele ki, mən işdən çıxarılarkən Həmkarlar İttifaqı təşkilatının qabaqcadan razılığı alınsa da, Həmkarlar İttifaqı mənimlə heç bir bağlantı qurmadan yazılı razılıq verib. Eləcə də, mənimlə eyni vəzifədə işləyən 2 nəfər işdə saxlanılıb, yalnız mənim əmək müqaviləmə xitam verilib. Müdiriyyət tərəfindən üstünlük hüququm bele pozulub. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 78-ci maddəsinin 1-ci bəndinə əsasən müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşənin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır”.

N. Qasımov məhkəməyə müraciət etsə də, hüquqlarının bərpasına nail ola bilməyib. O, Kəpəz Rayon Məhkəməsinin işə ədalətsiz baxdığını deyir.
Şikayətçi YAP-ın və Azərbaycan Həmkarlar İttifaqının üzvü olduğunu bildirir.

Həmçinin ailədə işləyən yeganə şəxs olduğunu söyləyir.