Bia.Az

Zorakılıqdan şikayətləndi, psixatriya xəstəxanasına yerləşdirildi və... - YENİ DETALLAR

Sosial
 2-04-2023, 14:06     336

Bakı şəhərinin Xətai rayonu, 3 saylı uşaq evində yeməyin azlığından, fiziki zorakılıqdan şikayətləndiqdən sonra psixatriya xəstəxanasına yerləşdirilən yeniyetmə barədə ilginc detallar üzə çıxıb.

Musavat.com bildirir ki, bu barədə politoloq Yeganə Hacıyeva sosial şəbəkədə məlumat yayıb.

Politoloq qeyd edib ki, yeniyetmə ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə öz narahatçılığını bildirdikdən dərhal sonra qurumdan bu məsələ ilə bağlı vəziyyəti izah edən detallar haqqında aşağıdakı məlumatlar verilib:

"1. Yeniyetmənin qohumları ilə əlaqə saxlanılıb , onlardan biri quruma dəvət olunub .
Yeniyetmənin övladlığa verildiyi, rayonların birində yaşayan ailə və ən əsası doğma qardaşı ( bu arada onun özündən böyük 3 qardaşı var və onlardan ikisinin maddi vəziyyəti qardaşlarına yiyə duracaq qədər qənaətbəxşdir ) ilə danışılıb.
Hər ikisi, həm övladlığa götürən ailə və ən əsası da doğma qardaşı ona sahib çıxmaq niyyətindədirlər.
2. Ovladlığa götürən ailə ondan imtina etməyib, əksinə yeniyetmə özü  onlardan imtina edib. Rayonda onlarla deyil , Bakıda azad və tək yaşamaq istəyi ilə onları tərk edib.
3. Klinikaya yatırılması isə hər iki qohumlarının onun psixi vəziyyəti ilə bağlı fikirlərindən sonra , onun tibb kitabcasındakı müalicə tarixcəsi nəzərə alınmaqla , müvafiq sahənin mütəxəssisinin ( kənardan dəvət olunmuş ) yeniyetmənin özünün yoxlanılmasından sonra , qısa müddətli müalicə alması üçün verilən qərardır.
Müalicəsi bitdikdən sonra yeniyetmə qardaşı ilə birgə yaşayacaq.
4. Müvafiq qurumlar Bakı şəhərinin Xətai rayonu, 3 saylı uşaq evində videoda iddia olunan qanunpozuntuları, uşaqlara natamam qida rasionu , yetərincə  qidalanmaması , qidaların oğurluğu , uşaqlara qarşı fiziki zorakılıq halları və s. bağlı araşdırma/yoxlama başladılıb".скачать dle 12.1