Bia.Az

FİLİN DİŞİSİ DƏ GƏLİR: KTMT-dən açıqlama... - "Ermənistan-Azərbaycan sərhədinə missiya göndərməyə hazırıq"

Dünya
 31-03-2023, 14:09     311

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Ermənistan-Azərbaycan sərhədinə missiya göndərməyə hazırdır.

 “Report” xəbər verir ki, bunu təşkilatın nümayəndəsi Yuri Şuvalov deyib.

O bildirib ki, KTMT Ermənistanın təhlükəsizliyi naminə bu addımı atmağa hazırdır.

KTMT rəsmisi əlavə edib ki, qurum digər yardım tədbirləri də göstərə bilər və bu sahədə problem yoxdur.

Qeyd edək ki, daha əvvəl Ermənistan baş naziri Nikol Paşinyan KTMT-ni tənqid etmiş, bu qurumun ölkəsindən çıxdığını söyləmişdi.

Xatırladaq ki, KTMT-yə Rusiya, Ermənistan, Belarus, Tacikistan, Qazaxıstan və Qırğız Respublikası daxildir. Təşkilatın hazırkı baş katibi İmanqali Tasmaqambetovdur.
скачать dle 12.1