Arxiv

Oxunub:214 / 31 mar 11:53hadise

Bombalardan qaçıb qadına görə dava saldılar



Bombalardan qaçıb qadına görə dava saldılar

Müvəqqəti olaraq təxminən 6 min qaçqının yaşadığı Yunanıstanın ən böyük liman şəhəri Pireydə suriyalı və əfqan qaçqınlar arasında kütləvi dava düşüb.

Milli.Az report-a istinadən bildirir ki, dava nəticəsində ən azı səkkiz nəfər xəsarət alıb.

Əvvəlcə davada təxminən 30 nəfər iştirak edib, gecə yarısından sonra isə qarşıdurmanın miqyası böyüyüb. Suriyalılar və əfqanlar bir-birinə daş atıb, sərnişin terminalında şüşələr sındırılıb. İğtişaşları yalnız xüsusi təyinatlılar hadisə yerinə gələndən sonra dayandırmaq mümkün olub.

Qaçqınların bildirdiyinə görə, davaya səbəb əfqanların suriyalı qadına hücum etməsi olub.