Bia.Az

Priqojinin daha bir yalanı üzə çıxdı

Dünya
 3-03-2023, 17:53     148

“Vaqner” ÖHŞ-nin sahibi Yevgeni Priqojin Donetsk vilayətinin Baxmut şəhərində Ukrayna döyüşçülərinin “mühasirəyə alınması” barədə xəbər yayıb.

Musavat.com xəbər verir ki, görüntülər onun yalan danışdığını üzə çıxarıb.

Ukrayna Milli Müqavimət Mərkəzinin məlumatına əsasən, Yevgeni Priqojinin Baxmutun mühasirəyə alındığını iddia etdiyi video şəhərin kənarında belə çəkilməyib. Videodakı kadrlara görə, “Vaqner”in rəhbəri bu görüntüləri fevralın 20-də rusların ələ keçirdiklərini elan etdiyi Paraskovievka kəndində qeydə alıb. Milli Müqavimət Mərkəzi videonun təxribat və əhali arasında çaxnaşma salmaq üçün nəzərdə tutulmuş dezinformasiya kampaniyasının bir hissəsi olduğunu vurğulayıb.
Bu, Priqojinin ilk yalan videosu sayılmır. Məsələn, yanvar ayında o, guya hazırda işğal altında olan Soledar şəhərindən çəkilən videogörüntü yaymışdı. Sonradan həmin kadrların Vladimirovkadakı mağaralarda çəkildiyi ortaya çıxmışdı.скачать dle 12.1