Bia.Az

Türkiyə müxalifəti namizəd axtarışını davam etdirir - Növbəti dəfə toplanacaqlar

Dünya
 2-03-2023, 11:20     145

Bu gün Türkiyənin bir qrup müxalifət partiyasının (CHP, İyi Partiya, Gələcək Partiya, Səadət Partiyası, DEVA Partiyası, Demokrat Partiya) birləşdiyi “Millət" ittifaqı prezidentliyə namizədlərinin kim olacaqlarını müyyən etmək üçün yenidən bir araya gələcəklər. Dəfələrlə bu məqdədlə toplansalar da, namizəd adı müəyyənləşdirə bilməyiblər. 

“AzPolitika.info” xəbər verir ki, Cumhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Klıçdaroğlu prezidentliyə namizəd omaq istədiyini gizlətmir,. Digər 5 partiya isə namizəd irəli sürməyib.

Bu günə qədər namizdələ bağlı əsas fikir ayrılığı Meral Akşenerin rəhbərlik etdiyi İyi Partiya ilə CHP arasında olub. Akşener K.Klıçdaroğlunun namizdə olmasını istəmir. Akşener və ətrafı Klıçdaroğlunun seçilə bilmək şansının olmadığını açıq şəkildə bildirərək, İstanbul Bələdiyyə Başqanı Əkrəm İmamoğlunun, yaxud Ankara Bələdiyyə Başqanı Mansur Yavaşın namizədliyinin irəli srülməsini istəyir. M.Yavaş bildirib ki, “Millət” İttifaqı ona görəv verməyə qərar versə, namizəd olmağa ehtiyac olmayacaq

Ancaq Klıçdaroğlu və CHP rəbərliyi bununla razılaşmır. Odur ki, bu toplantıda ya Klıçdaroğlunun namizədliyinə razılıq veriləcəyi, ya da müzakitələrin yenə nəticəsiz başa çatacağı gözlənilir.скачать dle 12.1