Arxiv

Oxunub:100 / 20 fev 08:56hadise

Dörd uşaq anası ölüm ayağında, həkimlər yaxın durmur — Lənkəran Mərkəzi Xəstəxanasında BİABIRÇILIQ - FOTO / YENİLƏNİB



Dörd uşaq anası ölüm ayağında, həkimlər yaxın durmur — Lənkəran Mərkəzi Xəstəxanasında BİABIRÇILIQ - FOTO / YENİLƏNİB














Az öncə Elbəy Hüseynov yenidən redaksiyamızla əlaqə saxlayıb və bildirib ki, həyat yoldaşı artıq can verir. Amma hələ də heç bir həkim onu öhdəsinə götürmür.

****

Lənkəran rayonu Günəhir kənd sakini Elbəy Hüseynov "Ölkə.Az"ın redaksiyasına müraciət edib.
Müraciətdə bildirilir ki, ötən gün həyat yoldaşı Hüseynova Vlənaz Sərdar qızının vəziyyəti qəfil ağırlaşıb. Dəfələrlə Lənkəran rayon Təcili Tibbi yardım Mərkəzinə zəng vursalar da, bildirilib ki, kəndə təcili yardım maşını göndərə bilməyəcəklər:

"Məcbur olub qonşu kəndə qədər xəstəni özümüz gətirdik. Oradan isə təcili yardım maşınıyla Lənkəran Rayon Mərkəzi Xəstəxanasına gətirmişik. Dünən gecə bildirdilər ki, təcili əməliyyat olunmalıdır. Amma bu gün deyirlər ki, beş yüz manat verin, əməliyyat edək. Həyat yoldaşımın durumu getdikcə ağırlaşır. Bakıda fəhlə işləyirəm. Rayona cəmi 26 manat pulla gəlmişəm. Çox xahiş edirəm, Səhiyyə Nazirliyinin rəhbərliyi, digər rəhbər şəxslər dörd övladımın yetim qalmaması üçün lazımi göstərişləri versinlər".

Mövzunu diqqətdə saxlayacağıq.
Dörd uşaq anası ölüm ayağında, həkimlər yaxın durmur — Lənkəran Mərkəzi Xəstəxanasında BİABIRÇILIQ - FOTO / YENİLƏNİB