Bia.Az

Ramiz Novruz dəfn edildi

Cəmiyyət
 21-02-2023, 19:25     168

Ötən gün dünyasını dəyişən xalq artisti Ramiz Novruzla evində vida mərasimi keçirilir.

Kult.az xəbər verir ki, daha sonra sənətkarla Azərbaycan Dövlət Dram Teatrında vida mərasimi təşkil olunacaq.

Ramiz Novruz 25 may 1955-ci ildə Biləsuvar rayonunun Səmədabad qəsəbəsində doğulub.
Teatr sənətindəki xidmətlərinə görə Ramiz Novruz 1993-cü ildə Azərbaycan Respublikasının əməkdar artisti, 1998-ci ildə Azərbaycan Respublikasının xalq artisti fəxri adlarına layiq görülüb.
Xalq artisti bir neçə dəfə Prezident Mükafatına, 2018-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb.
Xalq artisti mədə xərçəngindən əziyyət çəkirdi.
***
Xalq artisti Ramiz Novruz Yasamalada, "Qurd qapısı" qəbiristanlığında dəfn ediləcək.
Bu barədə mərhumun yaxınları məlumat verib.
***
Ramiz Novruzla vida mərasimi başa çatıb.
***
Ramiz Novruz dəfn olunub.
Mərhum Yasamaladakı "Qurd qapısı" qəbiristanlığında torpağa tapşırılıb.скачать dle 12.1