Bia.Az

Zelenskidən çağırış: Bayram yeməyi isti və dadlı deyil!

Dünya
 26-12-2022, 01:39     164

Ukrayna Prezidenti Vladimir Zelenski Milad günü ilə bağlı dünyaya çağırış edib.

Axar.az xəbər verir ki, Zelenski 2022-ci ilin Ukrayna xalqı üçün ağır keçdiyini qeyd edib.

“Biz ənənəvi Milad ruhunu fərqli hiss edirik. Masalarımızda şam yeməyi dadlı və isti deyil. Ətrafda boş oturacaqlar var. Evlərimiz, küçələrimiz işıqlandırılmır. Bu, məyusluqdur. Təəssüf ki, bu il bütün bayramlar bizim üçün acı oldu. Möcüzə gözləməməli, onu özümüz yaratmalıyıq”, - deyə Zelenski bildirib.

Ukrayna Prezidenti 2023-cü ilin onlar üçün uğurlu olacağına inandığını bildirib:

"Bayramlarımızı qeyd edəcəyik, gülərək xoşbəxt olacağıq, həmişəki kimi sevinəcəyik”.скачать dle 12.1