Bia.Az

Messinin ölkəsindən də Laçın yolu ilə bağlı bəyanat gəldi

Siyasət
 23-12-2022, 01:11     160

Argentina Respublikası Senatının Ermənistanla Dostluq Qrupu Azərbaycanın Laçın dəhlizini guya “bağlamasını” pisləyən və Qarabağda baş verə biləcək “humanitar fəlakətdən” narahatlığını ifadə edən qərəzli bəyanat qəbul edib.

Musavat.com erməni mediasına istinadən bildirir ki, Dostluq Qrupunun üzvləri Laçın dəhlizinin bağlanması və təhlükəsizliyi, Qarabağda “blokadada yaşayan 120 min vətəndaşın” (?!) ərzaq və digər xidmətlərə çıxışının məhdudlaşdırılması ilə bağlı narahatlıqlarını ifadə ediblər.
“Biz Azərbaycanı 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın müddəalarına uyğun olaraq dərhal yolu açmağa və dəhliz boyu sərbəst hərəkətə icazə verməyə çağırırıq. Laçın dəhlizinin blokadası təkcə “Artsax” sakinlərinin sərbəst hərəkət hüququnu məhdudlaşdırmır, həm də ərzaq təminatını təhlükə altına qoyur. Bütün bunlar ciddi humanitar böhrana səbəb ola bilər”, - deyə bəyanatda bildirilir.

Dostluq qrupunun üzvləri də tərəflər arasında dialoqun dərhal bərpasını və fikir ayrılıqlarının konsensus yolu ilə sülh yolu ilə həllini zəruri hesab edirlər.


P.S. Beləcə, növbəti sərsəm bəyanat Argentinadan gəldi, bir neçə gün əvvəl Azərbaycandakı futbol azarkeşlərinin dünya kubokundakı qələbəsinə sevindiyi, Messinin ölkəsindən... Laçın yolunun açıq olduğunu qəbul etmək istəməyənlər, Qarabağda nəinki 120 min, heç onun üçdə biri qədər erməninin yaşamadığını və heç bir humanitar fəlakətdən söhbət getmədiyini qəbul etmək istəmir ermənipərəst çevrələr…скачать dle 12.1