Arxiv

Oxunub:74 / 03 noy 07:25idman

Qurban Qurbanov eyni zamanda həm "Qarabağ"ı, həm də milli komandanı çalışdıracaq



Qurban Qurbanov eyni zamanda həm "Qarabağ"ı, həm də milli komandanı çalışdıracaq














"Qarabağ"ın baş məşqçisinin Azərbaycan milli komandasına məşqçi təyin edilməsi xəbəri rəsmiləşib.
Qurban Qurbanovun "Qarabağ"da qalıb-qalmayacağı ilə bağlı klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov "Ölkə.Az"a danışıb.

Nurlan İbrahimov bildirib ki, Qurban Qurbanov "Qarabağ"da qalacaq:
"Qurban Qurbanovla "Qarabağ" arasında heç bir problem yoxdur. O, eyni zamanda həm "Qarabağ"ı, həm də milli komandanı çalışdıracaq".

Qeyd edək ki, hazırda millimizin baş məşqçisi olan Prosineçkinin müqaviləsi dekabrın 6-ı başa çatacaq. Bundan sonra milli komandaya rəhbərliyi Qurban Qurbanov edəcək.