Bia.Az

“Z” İŞARƏLİ SÜLHMƏRAMLI... - Rus hərbi kontingenti Qarabağla Donbası səhv salır?

Gündəm
 6-12-2022, 13:17     81

Azərbaycan Qarabağdakı rus hərbi kontingentinin müvəqqəti yerləşdiyi ərazilərimizə praktiki nəzarəti ələ götürmək istiqamətində ilk addımlarını atmağa başladı. İlk “qaranquş” Ekologiya və Təbii Sərvətlər Nazirliyi oldu və təbii ki, bunun davamı gələcək, gəlməlidir.

Ancaq nazirlik əməkdaşlarının rus sülhməramlıların başçısı, bizim torpaqlarda ermənilərlə şərikli qanunsuz qızıl biznesinə girişən general Volkovla görüşünü əks etdirən videogörüntülərdə bir maraqlı və narahatedici detal diqqəti cəlb edir. Həmin kadrlarda Volkovun böyür-başındakı bir neçə “sülhnməramlı”nın hərbi formasının üzərində Rusiyanın Ukrsaynadakı işğalçılıq savaşının simvoluna çevrilən “Z” işarəsi görünür. Bu, nə deməkdir? Rus hərbi kontingenti hansı ölkənin suveren ərazilərində olduğunu unudubmu, yoxsa Qarabağla Donbası səhv salırmı?


General Volkov azərbaycanlı jurnalistlərin suallarına cavabında deyir ki, onlar Qarabağdakı yaşayış məntəqələrinin adlarını Azərbaycan toponimləri ilə yazır, bu cür hesabat verirlər. Lakin Rusiya Müdafiə Nazirliyi sonradan adları dəyişərək, erməniləşdirir. Yəni, iki dəqiqənin içərisində məsuliyyəti boynundan ataraq, rəhbərliyi “bağaja qoyur”. Bu, başa düşülən ermənisayağı davranışdır və erməniləri himayə edənlərdən bundan artıq “kişilik” gözləməyə də dəyməz...
Yaxşı, Volkov Azərbaycan toponimlərinin dəyişdirilməsinə görə məsuliyyəti boynundan atır, bəs ona tabe olan hərbçilərin yaxsınakı “Z”-dəndəmi onun xəbəri yoxdur? Siz indi həmin generalın və onun ətrafındakı digər rusiyalı hərbçilərin Azərbaycan dövlət qurumları təmsilçiləri ilə söhbətdə belə məsum, üzüyola görünmələrinə baxmayın. Onlar mahiyyət, potensial davranış sarıdan Ukraynadakı işğalçılıq savaşında günahsız insanları qıran, şəhərləri, kəndləri viran qoyan, qətliamlar törədən yaxası “Z”-li işğalçılardan heç nə ilə fərqlənmirlər (Elə Qarabağdakı kontingentdən də Ukraynaya göndərilənlər az olmayıb-C.M.).

Bu insanların beyni uzun illər boyu oxuduqları məktəblərdən hərbi qulluq keçdikləri hissələrə qədər hər yerdə imperializm, şovinizm, işğalçılıq ideyaları ilə o qədər zəhərlənib ki, onlar nəinki “Z”, hətta az qala 1939-1945-ci illərdəki faşist Almaniyasına xas olan məlum savstikaları da daşımağa hazırdırlar. Zatən bunu edənlər də var və belələrinin Ukraynadakı bir çox yaşayış məntəqələrində törətdikləri əməllər heç də Hitler ordusunun Avropada, xüsusilə də Ukrayna, Belarus və Rusiyada törətdiklərindən fərqlənmir. Volkovun başçılıq etdiyi dəstənin Buça, İrpen, Mariupolda insanlıqdan uzaq, dəhşətli cinayətləri, qətliamlar törətmıəyi əmr edənlərdın tapşırıq aldığını unutmamalıyıq. Biz Xocalıda ermənilərin əli ilə törədilən buna bənzər mənzərəni artıq görmüşük...
Xatırladaq ki, Qazaxıstanda Rusiyanın Ukraynadakı işğalçılıq müharibəsinin simvolu olan “Z” və “V” svastikalarından istifadə qadağan edilib. Sosial şəbəkələrdə öz yük avtomobillərinə bu işarələri vuraraq, Qazaxıstan ərazisindən keçən Rusiyaya aid yük maşınlarının saxlanılması və qazaxlar tərəfindən həmin işarələrin sökülməsi, rusiyalı sürücülərə isə “qulaqburması” verilməsinə dair çoxlu sayda videogörüntülər var. Bizdə də bunun qarşısı alılnmalıdır.
Rusiyanın buradakı hərbi kontingentinin vəzifəsi sülh yaratmaqdır (baxmayaraq ki, hazırkı Ruysiya rəhbərliyinin mahiyyəti və əməlləri ilə “sülhməramlı” anlayışı daban-dabana ziddir-C.M.), sinəsinə “Z” işarəsi vurub, bizim torpaqlarda işğalçı faşist ədası göstərmək yox!
Sülhməramlının öz missiyasına uyğun hərbi geyimi və onun da üzərində buna uyğun işarələri, fərqləndirici nişanları, hərfləri olmalıdır.

Doğrudur, Qarabağdakı kontingentin beynəlxalq hüquq tərəfindən tanınan hər hansı statusu yoxdur və Azərbaycan ona bu statusu verməyəcək. Ancaq hər halda, bütün dünyada qəbul olunmuş bir sülhməramlı standartı var ki, həmin standart bu qüvvələrin geyimlərində işğalçı faşist svastikalarının mövcudluğunu qətiyyən nəzərdə tutmur. Çünki adından da göründüyü kimi, bu, sülhməramlı missiyadır, işğalçı yox!

Odur ki, əgər rus hərbi kontingenti və onu buraya göndərənlər unudublarsa, mütləq onlara xatırlatmaq lazımdır - necə ki, yer adlarında Azərbaycan toponimləri hər dəfə onlara xatırladılır. Xatırlatmaq lazımdır ki, ayaq basdıqları torpaq Azərbaycanın suveren torpaqları, əraziləridir, onların atalarının yox! Bu torpaqlar onların ilhaq etdikləri Krım, yaxud hərbi cinayətlər törətdikləri Donetsk, Luqansk, Xerson, Zaporojye, Buça, İrpen, Mariupol və s. deyil və heç vaxt da olmayacaq! Gec-tez şələ-külələrini də götürüb, buradan gedəcəklər!/“AzPolitika.info”/скачать dle 12.1