Bia.Az

Rus ordusuna şok zərbə - Ağır döyüşlər gedir

Dünya
 28-11-2022, 10:14     167

“Ukrayna əsgərləri rus işğalçılarını məhv etməyə davam edir. Bir neçə gün ərzində Ukrayna Müdafiə Qüvvələrinin uğurlu hücumları nəticəsində düşmən xeyli itki verib”.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının səhər xülasəsində qeyd edilib.

“Müxtəlif təyinatlı 6 ədəd hərbi texnika məhv edilib, 30-a yaxın hərbi qulluqçu yaralanıb. Müdafiə qüvvələrinin tədbirləri nəticəsində Zaporojye vilayətinin Poloqa və Çerniqovka yaşayış məntəqələri ərazilərində 80-ə yaxın işğalçı yaralanıb. Ölən işğalçıların sayı dəqiqləşdirilir”, - məlumatda deyilib.

Bundan başqa, Xerson rayonunun Qolay Pristan kəndində düşmənin 30-a yaxın zədələnmiş hərbi texnikasının təmir edildiyi qeydə alınıb.скачать dle 12.1