Bia.Az

Etirazçı İran prezidentini belə susdurdu - Video

Dünya
 28-11-2022, 01:09     163

İran Prezidenti İbrahim Rəisi İslamşəhr şəhərində çıxışı zamanı gözlənilməz situasiya ilə qarşılaşıb.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı “Azad İran” Teleqram kanalı yayıb.

Bildirilib ki, onun çıxışı zamanı iştirakçılardan biri qəfil ayağa qalxaraq antihökumət şüarları səsləndirib. O, Rəisini demək olar ki, susdurub.

“Köhnə düşüncələrin çərçivəsində qalmağı dayandırın! Bu günün işlərini sabaha təxirə salmağı dayandırın! Rüşvətxorluğu, korrupsiyanı və xətaları dayandırın! Dayandırın!”, – deyə gənc etirazını bildirib.
скачать dle 12.1