Bia.Az

Xocalı faciəsinə ithaf olunan “Həsrət” - VİDEO

Bia Tv
 26-02-2020, 15:30     465

Xocalı faciəsinə ithaf olunan “Həsrət” - VİDEO


Vətən həsrəti ilə dünyasını dəyişənlərə ithaf olunan, rejissor Rüfət Şahbazovun Xocalı faciəsinə həsr etdiyi “Həsrət” adlı qısametrajlı film təqdim olunub.

bia.az xəbər verir ki, ekran əsərində məcburi köçkün həyatı yaşayan yaşlı ana və ata şəhid olmuş oğullarının məzarını ziyarət etmək üçün soyuq, qarlı bir gündə doğma torpaqlarına yola düşürlər.

Sürücü “Bura son dayancaqdır”- deyir. Valideynlər avtobusu tərk edirlər.

Dayanacağın kənarında oturan ana və ata şəhid oğullarını və doğma torpaqlarını yada salıb kövrəlirlər. Vaxt keçir və hava qaralır. Amma avtobus gəlmir.

Bunu görən valideynlər gəldikləri yolu piyada geri qayıdırlar.

Ekran işində Xalq artistləri Həmidə Ömərova, Qurban İsmayılov, Əməkdar artistlər Elnur Kərimov, Rasim Cəfər, aktrisalar Zülfiyyə Qurbanova və Mənsurə Əhmədova rol alıblar.


скачать dle 12.1