Bia.Az

“Ölün rahat olmayacaq, insanlar sizə lənət oxuyacaq” – Tolik - VİDEO

Şou
 Bu gün, 14:34     0

Aparıcı Tarix Əliyev yol qəzasında bir nəfərin ölümü, digərinin isə xəsarət almasında təqsirləndirilən "Arzum" ləqəbli tiktoker İlduzə Hacıyevanın iştirak etdiyi qəza barədə danışıb.

Bakupost.az xəbər verir ki, o qəzada həlak olan Amal Məlikovun bacısına müraciət edərək deyib:

“4 uşağın ahını almaq bilirsiniz nə deməkdir? O ah-nalə tutacaq insanı. Əgər hikkənə görə bağışlamırsansa, nə sənin ölün rahat olacaq, nə də vicdanın.

O uşaqlar hər dəfə canlı açıb “anam yanımda yoxdur” deyəndə, orada oturan 10 min, 20 min adam sizə lənət oxuyacaqlar. Və siz onların ağzını yuma bilməyəcəksiniz. İnsanı bu qədər də alçaltmazlar. Siz qardaş itirmisinizsə də, bu gün Amerikada yaşayan Qənirə Ataşova qardaşınız haqqında nələr paylaşıb”.

Qeyd edək ki, Xəzər Rayon Məhkəməsinin hökmünə əsasən "Arzum" ləqəbli tiktoker İlduzə Hacıyeva 5 il 2 ay müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, hadisə 2025-ci ilin iyununda paytaxtın Xəzər rayonu, Mərdəkan qəsəbəsində qeydə alınıb. Qəza nəticəsində qarşı tərəfdən 1 nəfər ölüb, digəri isə ağır xəsarət alıb.

"Arzum" ləqəbli tiktokerə qarşı Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarının pozulması - ölümlə nəticələndikdə) və 264-cü (Yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ittiham irəli sürülüb.
скачать dle 12.1