Bia.Az

Xalq artistinə qarşı saxtakarlıq - İzləyicilərinə müraciət etdi

Şou
 1-10-2024, 00:08     802

Xalq artisti Mənsum İbrahimov "İnstaqram" hesabında sosial media izləyicilərinə müraciət edib.

Teleqraf.com xəbər verir ki, xanəndə onun adından saxta hesab açıldığını bildirib. O, həmin profili öz səhifəsində paylaşaraq bunları qeyd edib:

"Əziz dostlar, adımdan istifadə edilərək saxta səhifə açıblar. Sizdən xahişim, səhifəni şikayət edəsiniz. Diqqətinizə görə minnətdaram".


Müəllif: Teleqraf.comMənsum İbrahimov
скачать dle 12.1