Günay ad günündə hədiyyə etdi - Video
Müğənni Günay İbrahimli ötən gün ad gününü keçirib.
Axşam.az xəbər verir ki, sənətçi özəl günündə sevənlərinə hədiyyə edib. Günay "Nədir eşq?" klipini sevənlərinin ixtiyarına verib.
Mahnının sözləri Orxan Qarabasma, musiqisi Kazım Cana məxsusdur. Ekran işinin rejissorluğunu Delee Oruclu edib.