Bia.Az

Ermənilərin canına qorxu salan səs nə idi? - General ilk dəfə AÇIQLADI

Sosial
 13-10-2022, 01:12     276

Vətən müharibəsinin ilk günündən son gününə qədər Azərbaycan ordusunun arsenalında olan bəzi silahlar bu gün də Ermənistan ordusuna müəmma olaraq qalır. Bu silahların bəzilərinin sadəcə səsi ilə düşmən mövqeləri aşılıb. Hansı ki, dünya hərb tarixində ilk dəfə səs qorxusu döyüşün taleyini həll edib.

Publika.az xəbər verir ki, 44 günlük vətən müharibəsinin ilk günündən Ermənistan ordusuna qənim kəsilən Harop pilotsuz uçuş aparatları bir çox istiqamətlərdə döyüşün gedişatında həll edici rol oynadı. Haroplar "ana laylası" koda adı ilə artıq düşmənin ölüm mələyinə çevrilmişdi.
Düşmənin hava hücumundan müdafiə sistemlərinin və ən bahalı texnikalarının qənimi olan Haropun bir çox döyüşdə sadəcə səsindən istifadə edilib.Səsin vahiməsindən bəzi hallarda bir güllə belə atılmadan Ermənistan silahlı qüvvələri mövqelərini qoyub qaçıblar.
Ermənistan ordusu da öz növbəsində pilotsuz uçuş aparatlarından istifadə etməyə çalışırdılar. Onlar, Ağdam cəbhəsində böyük hücum planladığından bu istiqamətə kəşfiyyat pilotsuz uçuş aparatları göndərirlər.
Qubadlıda Həkəri çayı üzərindən uçuşlar edən düşmən düşünmür ki, hava hücumundan müdafiə qüvvələri qarşıdakı günlər üçün onlara xüsusi sürpriz hazırlayıb.
скачать dle 12.1