Bia.Az

Nazirlik əməkdaşının paylaşdığı görüntülər heyrət doğurdu – VİDEO

Sosial
 31-08-2024, 14:24     279

“Bir həftə əvvəl də toplamışdıq bu yerləri. Təəssüf, çox təəssüf, yenə də nə qədər torba doldurduq, kimlərinsə hara gəldi atdığı zibillərlə”.

Globalinfo.azxəbər verir ki, bu sözləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat rəhbəri İradə İbrahimova deyib.

O, vətəndaşların istirahət etdikdən sonra zibili olduqları yerə atanlara sual ünvanlayıb:

“İstirahət etdikdən sonra tullantıları dəniz sahilində atıb gedənlər baxıb utanacaqlarmı, görəsən? Bir az, azacıq məsuliyyət hissi olsa, bəlkə… Sürücü içdiyi suyun qabını yola atmaz, dondurma yeyən böyük-balaca onun kağızını yerə atmaz, istirahətə gələn yediyini-içdiyini yerə atmaz… Atmaz da atmaz, amma atırıq ki, atırıq. Əfsus…Tullantıları ətrafa atmamağı adətə çevirməliyik. Hamımız…”.скачать dle 12.1