Bia.Az

Pensionerlərin "Survivor" dövrü... Pensiyanın aşağı olması üçün xüsusi taktika işlədilir, real rəqəm gizlədilir

Sosial
 9-02-2024, 18:26     186

Ölkədə nə məvaciblərin məbləği qənbaətbəxşdir, nə də pensiyaların. Əhalinin real gəlirləri azalıb. Xüsusilə, pensiyaçılar üçün həyatda qalmaq çətinləşib. Çünki inflyasiya təqaüd artımını xeyli geridə qoyur. Əlbəttə, hökumət gerçək mənzərəni gizlədir. Amma sosial vəziyyətin pisləşməsini gizlətmək olmur.


Bizimyol.info xəbər verir ki, 2023-cü ildə Azərbaycanda orta aylıq əməkhaqqı 11,2 faiz artıb. Deməli, 2024-cü ildə də pensiyaların bu qədər artmasını gözləmək lazımdır. Yəni orta hesabla 30-40 manat artım gözlənilir. Bunu median pensiyanın məbləğini nəzərə alaraq yazırıq. Rəsmi rəqəmlərə görə, ölkədə median pensiya 360 manatdır. Bu məntiqlə göstərici 400 manata yaxınlaşacaq.
Dövlət Statistika Komitəsi inflyasiyanın cəmi 8,8 faiz olduğunu deyir. Heç inanmaq olmur. Guya məvaciblərin artım göstəricisi inflyasiyanı geridə qoyub. Amma ayrı-ayrı məhsulların çox bahalaşması göz qabağındadır.
Ən əsas məsələlərdən biri pensiyaların məbləğinin olduqca az olmasıdır. Hər şeydən əvvəl hökumət bunu gizlədə bilmir. Median pensiyanın məbləği hər şeyə aydınlıq gətirir. 360 manat o deməkdir ki, ölkədəki pensiyaçıların yarısı bu qədər təqaüd almır. Hökumətin pensiya siyasətini bundan sərt heç bir arqument tənqid edə bilməz. Burada çox vacib nüansa diqqətinizi çəkmək istərdik. Pensiyaların incə hesablanması olduqca əhəmiyyətlidir. Pensiyaçının işlədiyi dövrdə topladığı kapital 144 yerə bölünür. Ona görə ki, hökumət pensiyaçıların ortalama 12 il təqaüd aldığını düşünür. Burada erkən yaşda pensiyaya çıxanların təqaüd müddəti nəzərə alınır. Lakin hesablanmır ki, 65 yaşında pensiyaya çıxanların neçə faizi 12 il təqaüd üzü görür. Bəlkə də, hesablanır və ictimaiyyətə açıqlanmır. Çünki açıqlanması hökumətə sərf etmir. Məlum məsələdir ki, əksəriyyət 77 yaşına çatmır.
İqtisadiyyat xəbərləri paylaşan “Telegram” kanallarından birində maraqlı hesablama aparılmışdı. 50 min manat pensiya kapitalı 144 yerə bölünəndə ayda 347 manat edir. Məsələn; 96-ya böləndə məbləğ 520 manata çatır. Gerçəkliyə yaxın göstərici hesab etmək olar. Belə görünür ki, ölkədə heç kim 500 manatdan az pensiya almamalıdır. Hökumətin hesablaması heç də həqiqəti əks etdirmir. İndiki kapital məbləği ilə pensiyaçılara azı 1,5 dəfə çox pensiya verilməlidir.скачать dle 12.1