Bia.Az

BŞDYPİ xanım sürücüləri belə təbrik etdi

Sosial
 8-03-2023, 14:50     428

Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin (BŞDYPİ) əməkdaşları xanım sürücüləri və piyada xanımları təbrik edib.

BİA.az
xəbər verir ki, onlar qadın sürücüləri 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik ediblər.

BŞDYPİ-nin əməkdaşları xanım sürücülərin idarə etdiyi avtomobilləri saxlayıb sükan arxasında əyləşən zərif cinsin nümayəndələrinə gül dəstələri və hədiyyələr təqdim edib, onlara 8 mart Beynəlxalq Qadınlar Günü münasibətilə təbriklərini çatdırıblar.

Bayram münasibətilə həmçinin, avtobusda olan qadın sərnişin və piyada xanımlara da yol polis əməkdaşları tərəfindən gül dəstələri təqdim edilib.скачать dle 12.1