Bia.Az

Çeçenistan QARIŞIR – Putinə qarşı etirazlar pik həddə...

Siyasət
 19-10-2022, 15:37     181

Putin köhnə düşməni ilə üz-üzə gələ bilər.

Sfera.az bildirir ki, bu barədə “Daily Star” qəzeti iddia irəli sürüb.

Qeyd olunub ki, yaxın günlərdə Çeçenistan bölgəsində Putin tərəfdarları ilə etirazçılar arasında böyük qarışıqlığın yaranması mümkündür. Vurğulanıb ki, bu bölgədə hamı heç də Ukrayna savaşından məmnun deyil.

Məlumata görə, Ramazan Kadırovun müharibəyə 70 min əsgər göndərəcəyini vəd etməsindən sonra bir qrup etirazçı hərəkətə keçib. 10 çeçen əsgərinin döyüş bölgəsindən qaçması ilə başlayan bu etiraz aksiyaları qısa zamanda Çeçenistan ordusunda böyük müzakirələrə səbəb olub.
Etirazçılar Rusiyanın digər İnquşetiya Respublikası ilə sərhəddə yerləşən Samaşki kəndi yaxınlığındakı meşədən, hücum zonasını tərk etməzdən əvvəl avtomat silahlar və qumbaraatanlardan atəş açıblar.


 Yerli mənbələr iddia edib ki, Kadırovun müttəfiqləri 10 üsyançının tapılmasına yönəlmiş “genişmiqyaslı təmizləməyə” başlayıb.

Xatırladaq ki, Rusiya ilə Çeçenistan arasında 1994-96, və 1999-2000-ci illər arasında iki böyük müharibə olub. Birinci müharibədə çeçen ordusu qalib gəldiyi halda, ikinci müharibədə Rusiya qalib gələrək Çeçenistanı Rusiya Federasiyasına birləşdirdi. Hər iki müharibədə on minlərlə dinc sakin həyatını itirib.скачать dle 12.1