Bia.Az

“Azərbaycan və Ermənistan liderlərinə 2023-cü ildə Nobel Sülh Mükafatı verilə bilər” - Ermənistan KİV-dən İDDİA

Siyasət
 12-10-2022, 14:04     164

“Azərbaycan və Ermənistan liderlərinə 2023-cü ildə Nobel Sülh Mükafatı verilə bilər”.

BİA.AZ KONKRET.az-a istinadla xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti öz mənbələrinə istinadən yazır.

“Qərara alınıb ki, 2023-cü il üçün Nobel Sülh Mükafatı Ermənistan və Azərbaycan prezidentləri o vaxta qədər sülh müqaviləsi imzalayacaqlarsa, onlara verilsin. 1990-cı ildən bu mükafat hər il dekabrın 10-da Osloda təqdim olunur.

Ola bilsin ki, bu cür məlumatlar qəsdən yayılır, çünki geosiyasi mərkəzlər öz ideyalarına uyğun olaraq Ermənistan-Azərbaycan sülh sazişinin tezliklə imzalanmasında və regionda sülhün bərqərar olmasında bizdən daha çox maraqlıdırlar. Lakin istisna etmək olmaz ki, tərəflər öz ambisiyaları ilə oynayaraq bu cür vədlərlə tərəfləri maraqlandırmağa çalışırlar”, – qəzet qeyd edir.
скачать dle 12.1