Bia.Az

Surovikin Ukraynada nəyi dəyişəcək? - Putinin məqsədi

Siyasət
 10-10-2022, 11:57     182

“Xüsusi əməliyyat” adlandırılan müharibənin komandanı təyin edilən Sergey Surovkin sıradan bir generaldır. Əvvəllər o, Ukraynanın cənubunda rus qruplaşmasına rəhbərlik edib və təsirli nəticələr əldə etməyib. Ona görə də onun təyinat sevinci məntiqsizdir.

Axar.az xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutu məlumat yayıb.


“Rus millətçi icması Surovkinin təyinatını müsbət qarşılayıb. “Vaqner” özəl hərbi şirkəti ilə əlaqəli bir Teleqram kanalı isə daha çox dəyişikliklərin olacağını söyləyib. İddialara görə, Kreml yaxın həftə ərzində müdafiə naziri Sergey Şoyqu və Baş Qərargah rəisi Valeri Gerasimovu dəyişməyi planlaşdırır. Onların vəzifələri Tula vilayətinin qubernatoru Aleksey Dyuminə və Baş Qərargah rəisinin müavini general-leytenant Aleksandr Matovnikova keçəcək. Rusiyalı hərbi blogerlər Surovkinin təyinatında Putinin ordu qüvvələrinə nəzarət etmək üçün vahid qərargah yaratmaq istəyinin olduğunu deyirlər. Yeni komandir Baş Qərargah rəisindən daha çox səlahiyyətə malik olacaq və ordu üzərində total, sərt nəzarət qura biləcək. Rusların həvəs və sevinci məntiqsizdir. Surovikin iyul ayından Ukraynanın cənubundakı əməliyyatlara komandanlıq edən sıravi rus generalıdır. Faktiki olaraq onun komandanlığı altında olan Xerson vilayətinin qərb hissəsində ruslar böyük itki veriblər”, - məlumatda deyilir.скачать dle 12.1