Bia.Az

Son dəqiqə! - MOSKVA ŞOKDA - Putinin baş məsləhətçisinin maşını partladıldı, qızı öldü + FOTO/VİDEO

Siyasət
 21-08-2022, 17:04     314

Moskva vilayətində Rusiyanın tanınmış politoloqlarından biri, "rus dünyası"nın əsas ideoloqu Aleksandr Duqinin qızının avtomobili partladılıb. Daria Duqina partlayış nəticəsində həlak olub.

Hadisə yerli vaxtla saat 21:35-də baş verib. İlkin məlumata görə, Daria hadisə yerində keçinib. Avtomobil partladıqdan sonra yol kənarındakı binaya çırpılıb. Avtomobilin qalıqları bütün yola səpələnib.



Müstəntiqlər ilkin ehtimal olaraq avtomobildə qaz balonunun partladığını güman etsələr də, daha sonra əldəqayırma partlayıcı qurğunun işə düşməsi ilə bağlı versiyanı irəli sürüblər. Polis onun sui-qəsd qurbanı olduğunu ehtimal edir.

Rusiya KİV-ləri yazır ki, sui-qəsd əslində Duqinin özünə qarşı yönəlib. Amma o, son anda başqa maşına mindiyindən xilas olub.
Aleksandr Duqin partlayışın baş verdiyi yerə gəlib.

Qeyd edək ki, 30 yaşlı Daria Duqina "United World International”ın baş redaktoru idi. O, Böyük Britaniyanın sanksiyalar siyahısında idi.

Hazırda hadisə yerində mütəxəssislər və fövqəladə hallar xidməti fəaliyyət göstərir. Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisənin baş vermə səbəblərini müəyyənləşdirirlər.





BİA.az
скачать dle 12.1