Bia.Az

“Təbrizin sehrli nağılları”na qarşı "Fələstin kitabı"... - İran rejiminin anlamsız etirazları bitmək bilmir + FOTO

Siyasət
 3-08-2022, 17:29     251

İsrailin Azərbaycandakı səfirinin “Təbrizin sehirli nağılları” kitabını oxuma kampaniyasına qarşı Təbrizdə bir sıra hökumət ziyalıları “Fələstin kitabı”nın təqdimatı üçün kampaniya başladıblar.

"AzPolitika.info" "Azad İran" kanalına istinadla xəbər verir ki, bu barədə SEPAH-a bağlı "Fars News" Agentliyi məlumat yayıb.

Məlumatda qeyd olunur ki, Təbrizdə İran hökumətinə bağlı bir qrup elm və mədəniyyət, sənət adamları, media nümayəndələri və idmançılar bu kampaniyada iştirak edərək, İranın ali rəhbəri Xameneinin yazdığı “Fələstin” kitabını oxuyarkən çəkilmiş fotolarını paylaşıblar.

Xatırladaq ki, bu yaxınlarda İsrailin Azərbaycandakı səfiri Corc Dik sosial şəbəkə hesabından “Təbrizin sehirli nağılları” kitabıyla paylaşım edərək, bunları yazıb: “Mənə təqdim olunan bu möhtəşəm kitabda Təbrizdə Azərbaycanın tarixi və mədəniyyəti haqqında çox şey öyrənirəm. Dostlar, bu günlərdə siz nə oxuyursunuz?”.


İranın Azərbaycandakı səfiri isə İsrail səfirinin tvitlərinə aqressiv və qeyri-diplomatik tonda cavab verib.


BİA.az
скачать dle 12.1