Bia.Az

“Putin Ərdoğanın xahişinə məhəl qoymasa...” – “Gec-tez Putinin özünə lazım ola bilər”

Siyasət
 27-04-2022, 16:16     191

"BMT baş katibinin Türkiyəyə səfəri, onun Prezident Ərdoğanla görüşü və bundan sonra Ərdoğanla Putin arasında telefon danışığı, ardınca Antonio Quterreşin Moskvaya uçması Türkiyənin Moskva ilə sivil dünyanin arasinda diplomatik əlaqənin yeganə ciddi kanalı olduğunu deməyə əsas verir".

"AzPolitika.info" xəbər verir ki, bu fikirləri təhlilçi Ramiz Yunus BMT Baş katibinin Rusiyaya və Türkiyəyə səfərini, daha sonra Ərdoğanla Putin arasında baş tutan telefon danışığını şərh edərkən deyib.

Ekspertin sözlərinə görə, Prezident Putin Prezident Ərdoğanla münasibətlərə dəyər verərsə, o zaman BMT baş katibinin missiyası uğurlu ola bilər: "Nəticədə ümid yaranır ki, BMT və Qızıl Xaç təşkilatının himayəsində türk gəmilərinin köməyi ilə Mariupolda "Azovstal" zavodunda mühasirəyə alınmış ukraynalı hərbçiləri və mülki insanları Qara dəniz yolu ilə xilas etmək mümkün olacaq. Əgər Putin Türkiyə Prezidentinin xahişinə məhəl qoymasa, bu, həm onların şəxsi münasibətlərini ciddi şəkildə pisləşdirə bilər, həm də ümumiyyətlə, Ankaranın gələcək diplomatik səylərinin perspektivlərinə təsir göstərə bilər, hansi ki gec-tez Putinin özünə lazım ola bilər. Fyodor Dostoyevskinin dediyi kimi: “Başqalarına hörmətini tez itirməyə meyilli olan, ilk növbədə özünə hörmət etməz”.скачать dle 12.1