Bia.Az

“Yaradılacaq Media Reyestri mövcud vəziyyətin qarşısını alacaq”- MEDİA-nın şöbə müdiri

Siyasət
 27-04-2022, 16:07     209

“Təəssüf ki, Azərbaycan mediasında peşəkarlardan daha çox qeyri-peşəkarlar mövcuddur".

Musavat.com bildirir ki, bu sözləri Medianın İnkişafı Agentliyinin şöbə müdiri Natiq Məmmədli “Azərsu” Açıq Səhmdar Cəmiyyəti ilə MEDİA-nın birgə keçirdiyi təlimdə deyib.

Natiq Məmmədli qeyd edib ki, Azərbaycanda yaradılacaq Media Reyestri mövcud vəziyyətin qarşısını alacaq:

"Ölkədə jurnalistika peşəsinin nüfuzu qalxmalı, jurnalistin yazısına və fikrinə etimad formalaşmalıdır. Bu gün onlayn mediadan istifadə edən istənilən istifadəçi saytda uzağı üç saniyə vaxt keçirir. Əgər sayt istifadəçiyə maraqlı gələrsə, bu halda ötəri baxıb keçməyəcək.

Media Reyestrinin formalaşmasında əsas məqsəd jurnalist peşəsinin nüfuzunu qaldırmaqdan ibarətdir. Çünki yüksək ixtisaslı kadrlar Azərbaycan cəmiyyəti üçün çox vacibdir".

Natiq Məmmədli bu günlərdə MEDİA tərəfindən əksər redaksiyalara göndərilən “Redaksiya siyasəti və peşə etikası qaydaları” adlı sənəddən də söz açıb:

"Bu sənəd 6 hissədən ibarət idi. Redaksiyalarda gedən müzakirələrdə heyət xəbər və şərh, mənbələrlə işləmə, lazım gəldiyi təqdirdə yayımlanmış xəbərə təkzib verilməsi və düzəliş qaydaları ilə bağlı məlumatlandırılıb, MEDİA tərəfindən ciddi nəzarət edilən müəllif hüquqları məsələsində daha diqqətli davranmağın lazım olduğu bildirilib".скачать dle 12.1