Bia.Az

“Müxalifətçilər öz hərəkətləri ilə müharibəni qızışdırır” – “Azərbaycan vəziyyətdən istifadə etməyə hazırdır”

Siyasət
 27-04-2022, 15:54     206

"Küçələrə çıxıb hakimiyyətin devrilməsini istəyən müxalifətçilər öz hərəkətləri ilə müharibəni qızışdırırlar. Azərbaycan bu vəziyyətdən istifadə etməyə həmişə hazırdır".

"AzPolitika.info" xəbər verir ki, Ermənistanda Baş nazir Nikol Paşinyanın hakim “Vətəndaş müqaviləsi” partiyasının deputatı Qraçya Akopyan yerli mediaya açıalamasında belə deyib.

Xatırladaq ki, etiraz aksiyalarının əsas təşəbbüsçüsü keçmiş Prezident Robert Koçaryanın "Hayastan" parlament fraksiyası və onun tərkibinə daxil Daşnaksutyun partiyasıdır. Qarabağın Azərbaycana təhvil verilməsinə qarşı çıxdığını bildirən müxalifət, etirazları Nikol Paşinyan hökumətinin süqutunadək davam etdirəcəyini bəyan edib.

Deputat Akopyan isə bildirib ki, indiki etiraz aksiyalarını 2018-ci ildə Nikol Paşinyanı hakimiyyətə gətirmiş xalq etirazları dalğası ilə müqayisə etmək düzgün deyil və bu səbəbdən də polis vətəndaşların normal həyatını təmin etməlidir: “Əgər bunlar İrəvanda edilsə, böyük müharibəyə səbəb olmaz. Amma bunun sərhədyanı kəndlərdə və ya Qarabağda edilməsinin və paralel olaraq Azərbaycan silahlı qüvvələrinin hərəkətinin nəticələrini bir neçə dəfə görmüşük”.

Müxbirin “indiki hakimiyyət müxalifət olanda, o vaxtkı hakimiyyət də bunun müharibəyə səbəb ola biləcəyini deyirdi” iradına Akopyan sualla cavab verib: “Düz deyirdilər. Amma bununla paralel olaraq nə edirdilər? Silah alırdılar, yoxsa qohumlarını varlandırırdılar?”
Akopyan əlavə edib ki, Paşinyan hökuməti ilk gündən silah almağa başlayıb və bunu görən Azərbaycan gecikməmək üçün müharibəyə qərar verib.

İqtidar deputatı gileylənib ki, müxalifət Baş nazirin Milli Məclisdəki bircə çıxışından yapışıb. Paşinyan həmin çıxışda bildirmişdi ki, beynəlxalq birlik Qarabağ məsələsində Ermənistanın tələblərini azaldacağını gözləyir.

Qraçya Akopyanın sözlərinə görə, müxalifət hakimiyyət dəyişikliyinə nail ola bilməyəcək, çünki ictimai dəstəyi və gündəliyi yoxdur.скачать dle 12.1