Bia.Az

Qubad İbadoğlunun partiyasında yeniliklər

Siyasət
 30-11-2021, 10:36     260

Noyabrın 28-də Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyası Ali Məclisinin ilk sessiyası keçirilib. Novator.az bildirir ki, rəsmi məlumata görə, sessiyada təşkilati məsələlərə baxılıb, o cümlədən İdarə Heyəti seçilib. İdarə Heyətində bu şəxslər yer alır: Adil Qeybulla, Arifə Hüseynli, Ellada Məmmədli, Ədalət Yusub, Əlövsət Sadıqlı, Əlövsət Talışxanlı, Hüseyn Məlik, Rafiq Abdullalı, Rövşən Dəmirli, Rüfət Əliyev, Rüfət Muradlı, Samir Abbaslı.

Qəbul olunan reqlamentə əsasən, Ali Məclisin sessiyaları 3 ayda azı bir dəfə keçirilməlidir. Növbəti sessiyada partiya sədrinin müavinlərinin təsdiqlənməsi gözlənir.

ADR Partiyasının təsis qurultayı oktyabrın 17-də internet vasitəsilə keçirilib. 2015-ci ildən fəaliyyət göstərən Azərbaycan Demokratiya və Rifah Hərəkatının bazasında yaradılan partiyaya Qubad İbadoğlu sədrlik edir.

Noyabrın 11-də partiyanın sənədləri dövlət qeydiyyatı üçün Ədliyyə Nazirliyinə təqdim olunub.

Siyasi partiyanın qeydiyyatı üçün azı 1000 vətəndaş onun üzvü olmalıdır. Hazırda ölkədə 58 siyasi partiyanın dövlət qeydiyyatı var.

Qubad İbadoğlu 1971-ci il sentyabrın 12-də Füzuli rayonunun Aşağı Güzlək kəndində doğulub. Azərbaycan Dövlət İqtisad Universitetini və həmin təhsil ocağının aspiranturasını bitirib. İqtisad elmləri namizədidir. Azərbaycan Dövlət İqtisad Universitetində və dünyanın bir çox ölkəsinin ali məktəbində dərs deyib, hazırda London İqtisadiyyat Məktəbinin professorudur.

Uzun illər Müsavat Partiyasının rəhbərliyində təmsil olunub.скачать dle 12.1