Bia.Az

"Pensiyalar kəsilir, kommunal xərclər maaşları üstələyir..." - Sabir Rüstəmxanlı

Siyasət
 23-11-2021, 13:08     271

“Xalqımız soruşur ki, nəyə görə xaricdə enerji daşıyıcılarının qiyməti və digər məhsulların qiyməti bizdəkindən ucuzdur? Hökumət rəsmilərinin bunlara bəlkə hansısa əsaslandırması var. Belədirsə, bahalaşma hansı faktorlarla əsaslandırılırsa onu xalqa izah edin. Axı bu bahalaşma belimizi qırır”.

Modern.az xəbər verir ki, bunu deputat Tahir Kərimli Milli Məclisdə büdcə müzakirələri zamanı çıxışında deyib.

O qeyd edib ki, İqtisadiyyat Universitetində 30 nəfər xüsusi istedadlar qrupunu bitirib: “Ancaq onların biri də ölkədə qalmayıb. Bu işsizlik məsələsinin üstündə durmaq lazımdır”.
Deputat Sabir Rüstəmxanlı isə qeyd edib ki, uğursuz qiymət siyasəti, bahalaşma, rüşvətxorluq Azərbaycanın uğurlarına kölgə salmamalıdır:
“Ölkə qanunlarla idarə edilməlidir. Oliqarx nazir fəaliyyəti ilə yox. Bu gün işsizlik, kommunal xərclərin artması , müxtəlif cərimələr, rüsumlar insanları narahat edir. Elə ailə var ki, qazı ödəməyə pulu çatmır. Hökumət qələbədən sonra gördüyü işlərə diqqəti artırmalıdır”.
S.Rüstəmxanlı bildirib ki, insanlar müharibədən sonra yeni Azərbaycanda yaşamaq istəyir:
“Bizim üçün prioritet işğaldan azad olunmuş yerlərin bərpası məsələsidir. Xalq bunu başa düşür. Cəmiyyətdə olan bu sabitlik xalqın bunu başa düşməsinə görədir. Ancaq xalqın sosial rifahı da yaxşılaşdırılmalıdır. Biz cəmiyyətdəki ağrıları görürük və deyirik. Onun müalicəsi hökumətin işidir. Xahiş edirəm ki, burda biz deyənlərə hökumət üzvləri ciddi yanaşsınlar. Prezidentin ölkə boyu kərpic-kərpic qurduğu siyasət məmurların etinasızlığı ilə sökülməməlidir. Pensiyalar kəsilir, kommunal xərclər maaşları üstələyir. Bu məsələlərə baxılmalıdır”скачать dle 12.1