Bia.Az

Gürcüstan ikinci tur ərəfəsində

Siyasət
 28-10-2021, 10:54     229

Gürcüstanda yerli seçkilərin ikinci turu üzrə göstəricilər açıqlanıb. Novator.az bildirir ki, Mərkəzi Seçki Komissiyasının hesabatına görə, oktyabrın 30-na təyin olunmuş ikinci turda 2 milyon 88 min 722 nəfərin səsvermə hüququ var. Prosesə 40 dairə seçki komissiyası, 1870 məntəqə seçki komissiyası məsul edilib.

Oktyabrın 2-də keçirilmiş ilk turda 44 şəhərin mer postu hakim Gürcü Arzusu – Demokratik Gürcüstan Partiyasının namizədlərinə qismət olub. Yerli məclislərdə də Gürcü Arzusu üstünlük əldə edib, sabiq prezident Mixail Saakaşviliyə bağlı müxalif Vahid Milli Hərəkat Partiyası ikinci, keçmiş baş nazir Georgi Qaxariyanın Gürcüstan Uğrunda Partiyası üçüncü yeri tutub.

İkinci turda 20 şəhərdə, o cümlədən paytaxt Tbilisidə merlər, bir çox dairədə isə yerli məclislərə boş yerlərin sahibləri seçiləcək.
Parlament respublikası olan Gürcüstanda hökuməti qanunverici orqanda çoxluq əldə edən partiya formalaşdırır. 2012, 2016 və 2020-ci illərin parlament seçkilərində Gürcü Arzusu qalib gələrək hökumət qurub.
 скачать dle 12.1