Rusiya nümayəndə heyəti ATƏT PA-nın iclasını tərk edib - "Qaydalara uyğun işləmək istəmirsinizsə..."

İyulun 6-da Rusiyanın nümayəndə heyəti ATƏT Parlament Assambleyasının Vyanada keçirilən iclasını etiraz əlaməti olaraq, tərk edib - Assambleya üzvləri tərəfindən reqlamentin pozulmasına görə. İclası ilk olaraq, Rusiya nümayəndə heyətinin başçısı, Dövlət Dumasının vitse-spikeri Pyotr Tolstoy tərk edib.
«Əgər siz, qaydalara uyğun işləmək istəyirsinizsə, onlara əməl etmək lazımdır. Əgər qaydalara uyğun işləmək istəmirsinizsə, əgər siyasiləşmiş və özünüz özünüz üçün birtərəfli qərarlar qəbu etmək istəyirsinizsə, bu, sizin hüququnuzdur, ancaq biz, bunda iştirak edə bilmərik» - Tolstoy deyib və iclası tərk edib.
Bundan əvvəl, Tolstoy Ukrayna tərəfindən təklif edilmiş anti-Rusiya qətnaməsinin səsverməyə çıxarılmasının yolverilməz olduğuna xəbərdarlıq edib. Video-konfrans rejimində keçən iclasdan Federasiya Şurasının Beynəlxalq işlər komitəsi sədrinin birinci müavini Vladimir Cabarov də imtna edib.
«Biz, öz rəhbərimizi dəstəkləyirik və video-konfransdan imtina edirik» - o, deyib. Cabarov izah edib ki, son anda prosedur qaydalarının ziddinə olaraq, təxribatçı qətnamə gündəliyə salınıb. Onlardan biri Belarusa aid olub, digəri isə Ukrayna nümayəndə heyətinin üzvü tərəfindən daxil edilib və açıq-aşkar anti-Rusiya xarakterli olub.
«Rusiya nümayəndə heyəti bu qətnamələrin qəbulunun əleyhinə çıxış edib, amma səsvermə baş tutub, həm də Assambleyanın reqlamentinin pozulması ilə. Qətnamə üzrə heç bir diskusiya olmayıb, o cümlədən, son anda aktual beynəlxalq məsələlər üzrə ümumi debatlar ləğv olunub. Onlar açıq-aşkar bu debatlardan qorxublar…
Biz, situasiyadan dərindən qəzəbləndik və Rusiya nümayəndə heyətinin başçısını dəstəkləyərək, yayımdan çıxdıq. Biz və bizim Dövlət Ddumasından olan həmkarlarımız» - Cabarov bildirib.