Bia.Az

RUSİYA ÖZ CANININ DƏRDİNDƏDİR – Moskvanın Qarabağ müharibəsinə nisbi səssizliyinin əsas səbəbi...

Siyasət
 11-10-2020, 16:12     255

Qarabağda gedən şiddətli döyüşlərdə Azərbaycan Ordusunun irəliləməsini görən Ermənistanın baş naziri Nikol Paşinyan çıxılmaz vəziyyətdə çabalayır. Ona görə də, onlar Rusiyanın kənarda qalmaması və müharibənin gedişinə müdaxilə etməsi üçün bütün iyrənc vasitələrə əl atırlar. Ermənilər iri yaşayış məntəqələrimizi raket atəşinə tutmaqla istəyirlər ki, biz də onlara adekvat cavab verərək, Ermənistan ərazisindəki atəş nöqtələrini susduraq. Və bundan sonra ermənilər haray-həşir qoparacaqlar ki, baxın, Azərbaycan bizim torpaqlarımızı vurur. Bununla da onlar Rusiyanın qarşısına fakt qoymağı planlayırlar.

Çox abırsız və sırtıq məxluq olan hiyləgər Paşinyan artıq yaxşı bilir ki, Rusiya Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü kimi Azərbaycana qarşı hər hansı hərbi müdaxilə və ya əməliyyat həyata keçirməyəcək. Lakin hazırkı vəziyyətdə ermənilərə yalnız bir şey lazımdır: nəyin bahasına olursa-olsun, müharibə dayansın. Çünki əks təqdirdə, hərtərəfli resurs qıtlığı ilə üzləşən və eləcə də döyüş meydanında böyük itkilər verən Ermənistanın Azərbaycanın qabağında diz çökəcəyi an uzaqda deyil və bu, sadəcə zaman məsələsidir. Yəni, ermənilər istəyirlər ki, Rusiya müharibəni durdursun. Rusiya belə bir cəhd etdi, XİN başçılarının Moskva bəyannaməsinə nail oldu, amma faktiki olaraq müharibə dayanmadı. Dünən gecə Gəncənin vurulmasından sonra isə Moskva razılaşması demək olar ki, gücünü itirdi.
Bütün bunlara baxmayaraq, ermənilər bir şeyi unudurlar ki, indi artıq 1993-cü il deyil və həm də ki, Rusiyanın özü də çoxsaylı mürəkkəb problemlərlə qarşılaşıb.
Türkiyənin “Cumhuriyet” qəzeti “Rusiya öz canın dərdində” başlıqlı məqaləsində Moskvanın geostrateji sferada üzləşdiyi çətinliklər barəsində yazıb.
“AzPolitika” Moskva razılaşmasından əvvəl dərc olunmuş həmin məqaləni təqdim edir:
27 sentyabrda Azərbaycan və Ermənistan arasında yenidən başlayan hərbi toqquşmalarda, indiyədək Qarabağdakı “açarları əlində tutan ölkə” kimi bilinən Rusiya nisbi səssizlik içindədir.
Münaqişə edən tərəflərlə sıx əlaqədə olmasına baxmayaraq, bəzi analitiklər Moskvanın hadisələri əsasən seyr etməklə yetinməsini son zamanlar onun Yerevanla gərgin münasibət yaşamasıyla izah edirlər. Həqiqətən də iki il öncə Ermənistanda Qərb tərəfdarı siyasətçi Nikol Paşinyanın hakimiyyətə gəlməsinin ardından Rusiya ilə münasibətlər hissediləcək səviyyədə puzuldu. Onu da deyək ki, SSRİ dağılandan sonra Ermənistan Rusiyanın Qafqazdakı ən etibarlı müttəfiqiydi. Əksər müşahidəçilər Azərbaycan Ordusunun irəliləyişi fonunda Moskvanın səssiz qalmasını, qərbyönümlü Paşinyan administrasiyasının cəzalandırılması kimi şərh edirlər. Rusiya KİV-lərinin də paylaşdığı bu fikirlərdə məntiq var. Belə ki, indiki gərgin şəraitdə Ermənistanın ilk növbədə Fransanın dəstəyinə bel bağlaması əyanı görünür. Amma başqa səbəblər də mövcuddur. Məsələn, çoxdandır ki, qapalı qapılar arxasında Rusiya Ermənstandan işğal olunmuş beş rayonu Azərbaycana qaytarmasını təkid edir, lakin müsbət cavab ala bilmir. Bununla yanaşı, gözləndiyi kimi Moskvanın önə çıxmamasının digər daha mühüm səbəbləri var.
Azərbaycan və Ermənistan arasındakı toqquşma Rusiya üçün çox əlverişsiz vaxtada başlayıb. İş ondadır ki, ən azından bu gün Qafqaz Moskvanın prioritetləri siyahısında birinci cərgədə dayanmır. Çünki Moskva bütov bir problemlər yumağı ilə mübarizə aparır. Rusiyanın gündəmində digər vacib məsələlər yer alır. Rusiya hökumətinin məlumatına görə, koronavirus infeksiyasına yoluxanların təsdiq edilmiş sayı 1 milyon 225 min nəfərdir və bu xəstəlikdən 22 min nəfər ölüb. Hətta Dövlət Statistikası (Rosstat) bundan iki dəfə artıq - 45 min ölüm halının olduğunu bildirir.
Başqa sözlə desək, Rusiya öz resurslarının və enerjisinin bir hissəsini yenidən artmaqda olan epidemiya ilə mübarizəyə sərf edib. Lakin hətta koronavirusla bağlı olan kabus və sonu görünməyən iqtisadi problemlər Rusiyanın Qafqazda fəaliyyətsizliyini izah etməkdə yetərli deyil. Əslində isə, bu gün Kremlin gündəmində birinci yerdə “ölüm-qalım məsələsi” hesab etdiyi Belarus problemi dayanır.
Sovet İttifaqının dağılmasından bu yana Qərb tərəfindən hərbi və iqtisadi mühasirəyə alınan Rusiyanın 2014-cü ildə Krımı ilhaq etməsi, həm Türkiyə və həm də beynəlxalq ictimaiyyətdə “böyük zəfər” sayılmışdı.
Hər halda Rusiya ölümcül qorxu bahasına Krımı zəbt etsə də, əsllində çox ciddi zərbə aldı, çünki Rusiya və Qərb arasında strateji bufer zona kimi görülən Ukraynanın onun orbitini tərk etməsi, Rusiyanın qolunun kəsiliməsi anlamına gəlir. Tarixi baxımdan ruslar “düşmənlə” birbaşa qarşılaşmamaq üçün sərhədlərindəki bufer zonalara həyati vacib önəm verirlər. İndi Rusiya ikinci anoloji tarixi zərbənin Belarusdan gəlməsindən bərk narahatdır və ona görə də əslində heç də xoşu gəlmədiyi Aleksandr Lukaşenkonun hakimiyyətdə qalması üçün mümkün olan hər şeyi edir və ona yardım göstərməkdən ötrü, ordusunu hazır vəziyyətdə saxlayır.
Axı, əgər Ukraynanın ardından “Belarus divarı” yıxılarsa, onda Rusiya Qərb dünyası ilə üz-üzə qalacaq və kiçik Moldova istisna olmaqla, dairə daralacaq. Sözsüz ki, Qafqaz Moskva üçün xüsusi həyati önəm daşıyır. Əlbəttə, Rusiya regiondakı açar möqeyini itirməmək üçün digər ölkələrin, məsələn, Türkiyənin burada mühüm rol oynamasının qarşısnı almağa çalışaraq, sonunadək dirənəcək. Ancaq regiondakı vəziyyəti analiz edərkən, hazırda rusların öz canlarının dərdində qaldıqlarını da yaddan çıxarmayaq.скачать dle 12.1