Nazir iddialara cavab verdi - Liseylərdə təkrar imtahan olmayacaq
Liseylərə təkrar imtahanla bağlı yayılan iddialar doğru deyil, təkrar imtahan olmayacaq.
Bunu Teleqraf-ın sualına cavab olaraq elm və təhsil naziri Emin Əmrullayev “Sertifikatlaşdırma 2025: peşəkar müəllim - keyfiyyətli təhsil" mövzusunda ADA Universitetində keçirilən tədbirdə deyib.
O bildirib ki, 99% nəticə ilə heç bir problem yoxdur.
Onun sözlərinə görə 200-ə yaxın işlə problem var və onlar da texniki səbəblərdir:
"Onların hamısı ilə də üz-üzə danışmağa hazırıq. Vətəndaşlar, müəllimlər bizi aldatmağa çalışmasınlar. Kimsə haray salıb keçmək istəsə, biz də haray salarıq. Prosesdə hər hansı qanun pozuntusu olarsa, hüquq mühafizə orqanlarına müraciət edirik. Bütün imtahanlar həssasdır".




