Çavuşoğlu Lavrovla Qarabağdakı vəziyyəti müzakirə edib
Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu və onun rusiyalı həmkarı Sergey Lavrov Qarabağdakı vəziyyəti müzakirə ediblər.
“Report” xəbər verir ki, bu barədə məlumatı “RİA Novosti” yayıb.
Məlumata görə, söhbət zamanı Türkiyə XİN başçısı M.Çavuşoğlu S.Lavrovdan erməni tərəfinə xəbərdarlıq edərək Qarabağdakı atəşkəsə riayyət etməsini istəyib.