Bia.Az

Baqrat Azərbaycana qarşı tələb irəli sürdü - Paşinyan bu plana əl atdı

Siyasət
 7-06-2024, 12:04     352

Artıq xeyli müddətdir Ermənistanda keşiş Baqrat Qalstanyanın rəhbərlik etdiyi anti-hökumət hərəkatı aksiyalar keçirir. Növbəti belə aksiya iyunun 9-a təyin olunub.

Teleqraf.com xəbər verir ki, bunu siyasi şərhçi Asəf Quliyev deyib.

Onun sözlərinə görə, hərəkatın müraciətində bu mitinqin mühüm və 100 min adamın toplaşmasının vacib olduğu bildirilir:

“Müşahidələr göstərir ki, Baqratıən dəstəkçiləri nə qədər çalışsalar da, aksiyalara adam toplamaqda çətinlik çəkirlər. Bu günə qədər heç bir aksiya üçün heç 100 minin yarısını da toplaya bilməyiblər. Baqratın rəhbərlik etdiyi aksiyalarda heç zaman kritik say olmayıb, hakim elita da bunu görür. Amma Paşinyan hələ də Baqratın nazı ilə oynamaqda davam edir. Bunun bir neçə səbəbi var.

Birincisi, Paşinyan dünyaya Ermənistanın “demokratik ölkə” olduğunu göstərməyə çalışır.

İkincisi, Paşinyan Baqratı üzdə saxlamaqla özünə alternativ olan digər qüvvənin yaranmasını əngəlləyir.

Üçüncüsü, Paşinyan Baqratın aksiyalarında səslənən tələbləri (bunlar əsasən Azərbaycan və Türkiyəyə qarşıdır) dünyaya göstərməklə sülh prosesində müəyyən manevr imkanları qazanır.

Məhz bu səbəblərdəndir ki, Baqratın hərəkatının bir müddət davam edəcəyi gözləniləndir. O vaxta qədər ki, erməni xalqının bütövlükdə Baqrata da, onun arxasında dayanan qüvvələrə də tam inamsızlığı yaransın”.
скачать dle 12.1