Bia.Az

Avropa qitəsində Azərbaycan qazına tələbat ildən-ilə artacaq

Siyasət
 18-03-2024, 16:59     330

16 mart 2024-cü il tarixində Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin Azərbaycana rəsmi səfəri baş tutdu. Gürcüstanın baş naziri İrakli Kobaxidzenin Azərbaycana rəsmi səfəri bir daha göstərir ki, Azərbaycan, Türkiyə və Gürcüstan artıq bütün region üçün iqtisadi və siyasi baxımdan uğurlu bir format yaradıblar.  Birgə həyata keçirdiyimiz infrastruktur layihələri - nəqliyyat, enerji layihələri bir çox ölkələr üçün böyük əhəmiyyət kəsb edir və bundan sonra da bu istiqamətdə əlavə addımlar atılacaq. Nəqliyyat sahəsində yaradılan və yaradılacaq yeni infrastruktur bir çox ölkələr üçün əvəzolunmaz imkanlar açacaq. Bakı-Tbilisi-Qars dəmir yolunun bir-iki aydan sonra artıq genişləndirilmiş formada fəaliyyətə başlaması böyük nailiyyətlərdən biridir. Yaxın zamanlarda regionda mühüm logistik layihə yekunlaşacaq. Bir-iki aya Bakı-Tbilisi-Qars dəmir yolunun ötürmə qabiliyyəti 1 milyon tondan 5 milyon tona çatdırılacaq və eyni zamanda, bu dəmir yolunun fəaliyyəti bir çox ölkələr üçün də cəlbedici olacaq. Azərbaycan, Gürcüstan və Türkiyə Cənub Qaz Dəhlizi layihəsinin təşəbbüskarları kimi xüsusi rola malikdirlər. Hazırda Azərbaycan qazı Gürcüstan vasitəsilə bir neçə ölkəyə ixrac edilir.

Prezident İlham Əliyevin Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin Azərbaycana rəsmi səfəri ilə əlaqədar mətbuata verdiyi bəyanatda qeyd etdiyi kimi, bizim həm resurslarımız var, sərmayə qoymaq üçün maliyyə imkanlarımız var, Gürcüstan kimi etibarlı dostlarımız var ki, tranzit imkanları genişdir. Belə olan halda bizim enerji layihələrimiz bundan sonra da bir çox ölkələrin enerji təhlükəsizliyini təmin edəcək və burada Gürcüstan ilə Azərbaycan iki etibarlı tərəfdaş kimi çıxış edir. Azərbaycan və Gürcüstan arasındakı  siyasi münasibətlər  hər zaman yüksək səviyyədədir. Bu məsələyə diqqəti çəkən ölkə başçısı İlham Əliyev  bildirdi ki: ”Biz bütün dövrlərdə bir-birimizin suverenliyini, ərazi bütövlüyünü, sərhədlərin toxunulmazlığını dəstəkləyən açıqlamalar vermişik, müvafiq beynəlxalq təşkilatlarda səsvermə zamanı bir-birimizi dəstəkləmişik, bundan sonra da bu dəstək davam edəcək. Nəqliyyat sektorunda mövcud olan və yaradılacaq infrastruktur bir çox ölkələr üçün əvəzolunmaz nəqliyyat imkanları açacaqdır. Bunu da qeyd etmək yerinə düşərdi ki, bu  nəqliyyat infrastrukturu  Ermənistanın və ATƏT-in Minsk Qrupunun həmsədrlərinin  planlarına  zidd olan  bir layihə idi. O zaman,  həmin ölkələr bu layihənin həyata keçirilməsinə bir sıra maneələr yaradır, maliyyələşdirmədən imtina edir, marşrut xəttinin Ermənistan ərazisindən keçməsini tələb edirdilər.  Amma Azərbaycan ortaya mövqe qoydu və bütün imkanlardan istifadə edərək bu layihələr həyata keçirildi. bu layihələr Azərbaycana, Gürcüstana, Türkiyəyə və bütün Avrasiya məkanına fayda gətirəcəkdir. Bu həm də ölkələrimizin dünya miqyasında nüfuzunu gücləndirəcək və əhəmiyyətli iqtisadi səmərə verəcəkdir.

Gürcüstan və Azərbaycan iki müstəqil dövlət kimi daim bir-birinin yanındadır. Bizim dostluğumuz, qardaşlığımız dərin tarixi köklərə əsaslanır. Əsrlər boyu bizim xalqlarımız dostluq və mehriban qonşuluq şəraitində yaşamışlar, dövlətlərarası münasibətlər möhkəm zəmin üzərində qurulub. Ərazi bütövlüyü və suverenliyi ilə bağlı hər iki ölkə bir-birinə qarşılıqlı dəstək verib. Biz bütün dövrlərdə bir-birimizin suverenliyini, ərazi bütövlüyünü, sərhədlərin toxunulmazlığını dəstəkləyən açıqlamalar vermişik. Ölkələrimiz arasında mütəmadi olaraq yüksək rəsmilərin səfərləri həyata keçirilir və bu, ikitərəfli əlaqələrin yüksək səviyyədə olmasının əyani təzahürüdür.


Vəfa Məmmədova,
MİHİ Salyan Rayon Komitəsinin sədri.скачать dle 12.1