Bia.Az

Azərbaycan Türkiyədən “Tolun” miniatür bombası alıb – FOTOLAR

Siyasət
 11-02-2024, 15:18     166

Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) “Akıncı” pilotsuz uçuş aparatları (PUA) üçün Türkiyənin ASELSAN şirkəti tərəfindən istehsal edilən “Tolun” miniatür bombaları alınıb.

“Poliqon” xəbər verir ki, yeni alınan “Tolun” miniatür bombaları fevralın 9-da Azərbaycan Prezidenti İlham Əliyev HHQ-nin hərbi obyektlərini ziyarət edən zaman nümayiş olunub.

Sira 1
Xatırladaq ki, ötən ilin avqust ayında ASELSAN şirkəti “Tolun” miniatür bombasının ilk ixrac uğuruna imza atdığını açıqlamışdı. Həmin vaxt şirkət 35.5 milyon ABŞ dolları dəyərində müqavilənin imzalandığını və “Tolun”ların adı açıqlanmayan müştərinin “Akıncı” pilotsuz uçuş aparatları tərəfindən istifadə ediləcəyini bildirmişdi.

GPS/INS tuşlama dəstinə malik “Tolun” miniatür bombası ASELSAN və TÜBİTAK SAGE mərkəzi tərəfindən birgə hazırlanıb. O, F-16 Block 40 qırıcıları və “Akıncı” PUA-larından atılmaq üçün nəzərdə tutulub. Bomba 55 kilometr mənzil daxilində atıldıqda 1 metr qalınlığındakı betonu deşmək və içəridə partlamaq qabiliyyətinə malikdir. Mənzili 102 km və ağırlığı 139 kq olan “Tolun”, ASELSAN-ın “Sadak-4T” ağıllı xarici asqı sisteminə taxıla bilər. Belə olan halda F-16 qırıcısı 1 əvəzinə 4 ədəd “Tolun” miniatür bombası daşıya bilir.
Tolun
скачать dle 12.1