Bia.Az

TURAL HÜSEYNLİ6: "Ermənistanı iflasdan-iflasa sürükləməkdədir"

Siyasət
 14-08-2020, 11:10     679

Ermənistan ictimaiyyəti sözün əsil mənasında ciddi təhlükə altındadır. Əlverişsiz coğrafi mövqedə yerləşən Ermənistan öz işğalçılıq siyasəti ilə özünü bütün iqtisadi və ticari layihələrdən təcrid edib. Qonşu dövlətlərlə hər gün daha da ağır vəziyyət alan münasibətlər göz qabağındadır. Ölkədə klanlar arasında kürsü uğrunda gedən soyuq müharibələr hökm sürür. Aclıq və səfalət içində yaşayan erməni icmasının sabaha heç bir ümidi yoxdur.

Sosial-iqtisadi baxımdan tənəzzülün astanasında olan Ermənistan hakim dairəsinin Rusiyaya qarşı çıxaraq, ölkədə Rusiya televiziya kanallarının translyasiyasını dayandırmaqla, ən son şansını da demək olar əlindən buraxıb. Yəni, belə olan halda Ermənistan kimi bir “dövlətciklə” müharibə aparılması belə utanc vericidir. Bu gün gəlin razılaşaq ki, Paşinyan siyasi arenada təlxək statsusundadır. Sadəcə, olan erməni icmasına olur. Dünya ictimaiyyəti qarşısında Paşinyan rejmi hakimiyyətdə qala bilmək naminə, erməni icması üzərində aclıq və səfalətə dözümlülüyün sınağını keçirir. Hesab edirəm, Azərbaycan və Türkiyə bilriyi və bərabərliyi ilə biz düşmənə yetəri qədər göz dağı verdik. Çox yaxın zamanda torpaqlarımızı işğaldan azad edəcəyik. Amma beynəlxalq təşkilatlar öz maraqları naminə Paşinyan rejminin erməni icmasına təzyiq göstərməsini və onlardan istifadə etməsini nəzərə almalı, bununla bağlı gərəkli atdım atmalıdır.

Azərbaycan Prezidenti çıxışlarında dəfələrlə bildirib ki, xarici siyasətimizdə ərazi bütövlüyümüzün təmin edilməsi prioritet istiqamətdir. Və münaqişəsinin yalnız beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi şərti ilə nizama salınmasının vacibliyini bildirib və beynəlxalq təşkilatların bu sahədə səylərini gücləndirməsinin zəruriliyini bəyan edib: "Heç vaxt Azərbaycan xalqı və dövləti imkan verməyəcək ki, onun əzəli, tarixi və hüquqi torpağı ondan ayrılsın. Azərbaycanın ərazi bütövlüyü istənilən digər ölkənin ərazi bütövlüyü kimi eyni dəyərə malikdir. Azərbaycan bütün dünya tərəfindən tanınan öz ərazi bütövlüyünü bərpa edəcək".Qeyd edək ki, dövlət başçısı dəfələrlə xəbərdarlığını edib və bildirib ki, bu şəraitdə Paşinyan hökuməti cəbhə təxribatlarına getməkdə davam edərsə, onda Azərbaycan daha sərt tədbirlər görməli olacaq.

Bir məqamı dönə-dönə vurğulamaq lazımdır ki, tarixi aprel qələbələrindən sonra Ermənistan hökumətindən fərqli olaraq, bu ölkənin cəmiyyəti hadisələrin qeyd olunan səpkidə inkişafından ciddi narahatdır. Xüsusilə, əsgər analarının narahatlığı və növbəti dəfə aprel döyüşlərinin təkrarlanması qorxusu erməni cəmiyyətində Paşinyana qarşı yeni etirazlara rəvac verir. Çünki bütün erməni ictimaiyyəti Azərbaycan Ordusunun qüdrətinə yaxından bələddir.Bir sözlə, acınacaqlı siyasi situasiya ilə üzləşən N.Paşinyan, necə deyərlər, Ermənistanı iflasdan-iflasa sürükləməkdədir. Nə qədər ki, Ermənistan Azərbayanın işğal altındakı torpaqlarını azad etməyəcək, bir o qədər ağır iqtisadi, siyasi mərhumiyyətlərə və məşəqqətlərə düçar olacaq.

Tural HÜSEYNLİ,
müstəqil ekspert.


скачать dle 12.1