Bia.Az

Ermənistan sülh istəyirsə, siyasi, hüquqi və ideoloji prioritetlərinə yenidən baxmalıdır

Siyasət
 3-02-2024, 20:22     190

“Vətən müharibəsindən və antri-terror əməliyyatından sonra Azərbaycan ərazi bütövlüyünü və suverenliyi tamamilə təmin etdi. Hazırda isə real vəziyyət tezliklə sülh sazişinin imzalanmasını tələb edir. Azərbaycan ilə Ermənistan arasında artıq de-fakto sülh mövcuddur və iki ölkənin sərhədində sülh şəraiti hökm sürür. Amma bu prosesin məntiqi sonluğa çatdırılması üçün sülh müqaviləsi imzalanmalı, Ermənistanın Azərbaycana qarşı ərazi iddialarına son qoyulmalıdır. Lakin bir sıra amillər hələ də möhkəm təməllərə əsaslanan sülh müqaviləsinin imzalanmasına və regionda uzunmüddətli sabitliyin təmin edilməsinə mane olur”.

BİA.az xəbər verir ki, bunu “Aktualinfo.az”a açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib.
Ramil Vəlibəyov Ermənistan sülh istəyirsə, siyasi, hüquqi və ideoloji prioritetlərinə yenidən baxmalıdır: “Elə Ermənistan Konstitusiyasında və digər normativ-hüquqi sənədlərində dəyişikliklər edildiyi halda sülhə nail oluna bilər. Çünki gələcəkdə təhdid yarada biləcək amillər birbaşa elə Ermənistanın özü ilə bağlıdır. Məsələn, Ermənistanın müstəqillik haqqında Bəyannaməsində Azərbaycanın Qarabağ bölgəsinin Ermənistanla birləşdirilməsinə və Azərbaycanın ərazi bütövlüyünün pozulmasına birbaşa çağırışlar var. Həmçinin eyni məzmunda çağırışlar Ermənistanın Konstitusiyasında da öz əksini tapıb. Eləcə də Ermənistanın digər normativ-hüquqi sənədlərində Azərbaycana qarşı ərazi iddiaları, Ermənistanın qoşulduğu bir çox konvensiyalarda və digər sənədlərdə Azərbaycanın Qarabağ üzərində suverenliyini tanımayan çoxsaylı qeyd-şərtlər mövcuddur. Ermənistanın beynəlxalq məhkəmələrdə Azərbaycana qarşı irəli sürdüyü iddiaların əsasını da Ermənistan tərəfindən Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün tanınmaması, Qarabağın Azərbaycandan ayrılması kimi məsələlər təşkil edir. Bütün bunlarla yanaşı ideoloji istiqamət kimi anti-türk tərbiyə metodlarının tətbiqi də sülh prosesinə mane olur. Ona görə də, Ermənistan bütün bunları nəzərə alaraq bütün tədbirlərini görməli və sülh sazişini imzalamaq üçün hazır olmalıdır”.

“Ermənistanla sülh sazişinin imzalanmasına və regionda gərginliyin artmasına səbəb olan amillərdən biri də Fransadır” – deyən Ramil Vəlibəyov əlavə edib ki, Fransa regionda dağıdıcı siyasət həyata keçirərək od üstünə benzin tökmək prinsipindən çıxış edir: “Prezident İlham Əliyevin bildirdiyi kimi Fransa Cənubi Qafqaz regionunda aparıcı mövqeyə nail olmaq və nüfuzunu gücləndirmək siyasəti yürütdür.

 Ermənistanın silahlandırılması məhz sözügedən siyasətin təzahürüdür. Elə bu kontekstdə də Ermənistan geosiyasi seçimlərinə diqqət yetirməli və təhdid yarada biləcək bütün ehtimalları aradan qaldırmalıdır”.скачать dle 12.1