AŞPA Xankəndidə və Şuşada ofis açmaq istəyirmiş
İlin sonuna qədər Avropa Parlament Assambleyası Azərbaycan nümayəndə heyətinin qurumda səlahiyyətini təsdiq etməsə, rəsmi Bakı Avropa Şurasında və İnsan Hüquqları üzrə Avropa Məhkəməsində üzvlüyünü dayandıra bilər.
Bizimyol.info xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev Parlamentlərarası İttifaqın rəhbəri ilə görüşündə bununla bağlı rəsmən bəyanat vermişdi.
Məlum olduğu kimi, əslində AŞPA öz müşahidə missiyasının seçkilərə buraxılmaması səbəbindən Azərbaycana qarşı mövqeyini sərtləşdirib.
Bu haqda mötəbər mənbələrdən verilən məlumata görə, qurumun bu istəyinin pətdəarxasında isə Ermənistanla bağlı məsələ dayanır. Belə ki, AŞPA seçkiləri bəhanə edərək, Qarabağda seçkiləri müşahidə etmək imkanı axtarıb. Seçkidən sonra isə bu monitorinq missiyalarını Xankəndi və Şuşa şəhərlərində daimi ofislərinə çevirmək istəyib.
Məqsəd Qarabağda erməni əhalinin hüquqlarının guya pozulması ilə bağlı Avropa strukturlarında qərarlar verilməsi üçün hüquqi məlumat yaratmaq olub. Azərbaycan isə buna imkan verməyib. Buna isə AŞPA Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərini təsdiq etməməklə cavab verib.