Bia.Az

"Qərbdə müəyyən dairələr və müəyyən təşkilatlar çox böyük qısqanclıqla və məkrlə Azərbaycana qarşı bəyanatlar verirlər"

Siyasət
 2-02-2024, 15:23     241

Ötən gün ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin sədri Ben Kardin Azərbaycan hakimiyyətini tənqidçilərin və müxalifətçilərin təqibini dayandırmağa çağırıb. Komitə sədri qeyd edib ki, Azərbaycanda jurnalistlərə hücumlar, müxalifət xadimlərinin qanunsuz həbsi və transmilli repressiyalardan istifadə etmə - antidemokratik taktikadır. O, həmçinin bildirib ki, Bakı COP 29 ərəfəsində beynəlxalq ictimaiyyətin bir hissəsi olmaq üçün siyasi məhbusları azad etməli və bu təqibləri dayandırmalıdır.


Siyasi şərhçi Elçin Alıoğlu Bizimyol.info xəbər portalına açıqlamasnda bildirib ki, Azərbaycanda COP29 sammitinin keçirilməsi çox ciddi və çox önəmli bir məsələdir.
Elçin Alıoğlu
 Elçin Alıoğlu

Alıoğlunun fikrincə, bu tədbirin keçirilməsində söhbət heçdə qlobal istiləşməyə qarşı qlobal miqyasda mübarizənin aparılması, inkişaf etməkdə olan dövlətlərin, inkişaf etmiş dövlətlərdə bu sahədə yardımlar alması və ümumiyyətlə qlobal cənubla, qızıl milyard arasında qarşı durmanın müəyyən dərəcədə zəiflənməsindən getmir. Söhbət Azərbaycanın dünya birliyinə inteqrasiyasının daha da sürətlənməsi və Azərbaycanın mövqelərinin möhkəmlənməsindən gedir. Təbii ki, belə olan təqdirdə, Qərbdə müəyyən dairələr və müəyyən təşkilatlar çox böyük qısqanclıqla və məkrlə Azərbaycana qarşı bəyanatlar verirlər. Burada söhbət beynəlxalq hüququn primitivləşdirilməsi və ümumiyyətlə siyasi demoqoqiyadan gedir.
Elçin Alıoğlu qeyd edib ki, COP29 samitinin Azərbaycanda keçirilməsi barədə qərar qəbul olunan gündən etibarən Azərbaycana qarşı hücum cəhdləri səngimir və daha da artacaq.
“Amerikalı senatorlar qrupu var. Onlar Amerikada prezident seçkilər ərəfəsində seçiciləri öz tərəfinə çəkmək üçün müxtəlif bəyanatlar verirlər. İşin də özəlliyi ondadır ki, “demokratlar”la “respublikaçılar” partiyaları arasında olan mübarizə daha çox Birləşmiş Ştatların Cənub Ştatlarında müşahidə olunur. Bu da əsasən Los Angeles, Mayami və New Yorkdur. Bu şəhərlərdə də erməni icmasının sayı çox güclüdür. Əfsuslar olsun ki, bax belə bir situasiya var”-deyən Elçin Alıoğlu qeyd edib ki, insan haqları, libertalliallıq, açıq cəmiyyət və digər məsələlər seçkili tətbiqindən danışır. İnsan haqları elə bir məsələdir ki, harada insan yaşayırsa, onun problemləri və üstünlükləri var.
Elçin Alıoğlu bildirib ki, dünyada elə bir ölkə yoxdur ki, orada insan haqları ilə bağlı problem olmasın. Bütün ölkələrdə bu var. Nə oldu, birdən-birə indi yada düşür Azərbaycan? İndi Azərbaycanla bağlı situasiyalar var?
“Bəli biz etiraf edirik ki, Azərbaycanda insan haqlarının təminatıyla bağlı problemlər var, korrupsiya da var, məmur özbaşınalığı da var, vətandaşların hüquqlarının pozulması faktları da var. Bu var, biz bunu danmırıq, bütün ölkələrdə var. Bu senatorun açıqlamasında olan siyasi məhbus məsələsi bu çox incə bir məsələdir. Çünki beynəlxalq təşkilatların siyasi məhbus tarifinə gəldikdə, orada haçalanma var. Bir təşkilat deyir, siyasi məhbus siyasi fəaliyyətinə görə həbs olunur. Digəri deyir siyasi baxışlarına və mövqenə görə, üçüncüsü siyasi baxış və mövqelərini reallaşdırmağın qarşısını almağı məqsədi ilə həbs olunur. Bax, buna görə də kimə siyasi məhbus demək və ya deməmək bu belə bir müzakirə mövzusudur.
Digər tərəfdən Azərbaycanda ekstremizm, terorizm, məişət cinayətlərinə görə, həbs olunanları siyasi məhbus sayırlar. İrana cəsusluq edənləri siyasi məhbus kimi qələmə verirlər, polisə atəş açanı siyasi məhbus kimi qələmə verirlər və s. və ilaxır. Amerikada yerli aborigen xalqlar faktiki olaraq məhv ediliblər. Amerika Birləşmiş Ştatları dünyanın müxtəlif ölkələrində apardığı işğalçı müharibələr var. Liviyadan, tutmuş Vyetnama qədər apardığı müharibələr var. Biz bunların heç birini demirik axı. Söhbət Amerika xalqından getmir. Amerika xalqı böyük qüdrətli xalqdır. ABŞ dövləti böyük və qüdrətli dövlətdir”-deyən Elçin Alıoğlu qeyd edib ki, bizim onlardan öyrənəcəyimiz çox şeylər var. Söhbət bilavasitə senatorlardan gedir. Bu senatorlar dirsəyini dişdəyən bir adama oxşayır ki, bu da mümkün olan bir şey deyil.
Siyasi şərhçi vurğulayıb ki, Azərbaycanla Qərb arasında münasibətləri pozmağa çalışan elementlər, həm Qərbdə, həm də Azərbaycanda var.
“Azərbaycanda olan “darkafalılar” deyirlər. Qərblə münasibətləri kəsməliyik, bu da absurdur. Qərbdə olanlar da deyir, Azərbaycanı cəzalandırmalıyıq. Cəzaların heç bir effekti olmayacaq. COP29 Azərbaycanın nüfuzunun və populyarlığının tutduğu çəkinin daha da artmasına gətirib çıxaracaq”-deyə Elçin Alıoğlu əlavə edib.скачать dle 12.1