Bia.Az

"Ermənistan-Azərbaycan münaqişəsinin həlli üçün yaradılan Minsk Qrupu işğal müddətini uzatmağa yarayırdı"

Siyasət
 2-02-2024, 14:59     233

ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin sədri Ben Kardin Azərbaycan rəsmilərini tənqidçiləri və dissidentləri təqib etməyi dayandırmağa çağırıb. Senator bazar ertəsi sosial media hesabında yazıb ki, Azərbaycan beynəlxalq birliyin bir hissəsi olmaq üçün siyasi məhbusları azad etməli və bu vəhşiliklərə son qoymalıdır. Kardin deyib ki, Azərbaycanda jurnalistlərə qarşı hücumlar, müxalifət nümayəndələrinin qanunsuz həbsləri və transmilli təzyiqlərdən istifadə antidemokratik taktikadır.


Jurnalist Yazar Muhammet Kutlu Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin sədri Ben Kardinin yazdıqları tipik qərb yanaşmasıdır. Çünki Qərb ölkələri özlərində olanı görməyərək başqalarına demokratiya və hüquq öyrətməyə, başqalarında olmayanı isə sanki onlar kimi göstərməyə öyrəşiblər. Bunu deyən şəxs ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin sədridir. O, illərdir Terror Təşkilatlarının Siyahısını dərc edən ABŞ Dövlət Departamenti ilə əməkdaşlıq edən, özlərinin və müttəfiqlərinin başqa ölkələrdə bəlalara səbəb olduğu təşkilatların reytinqini saxlayan senatordur. Məlum olduğu kimi, ABŞ hər mövzuda olduğu kimi, aralarında olmayan ölkələrin reputasiyasına xələl gətirmək üçün siyahı tutur.
“Yeni Akit” Qəzeti Ankara xəbər müdiri Muhammet Kutlu

 “Yeni Akit” Qəzeti Ankara xəbər müdiri Muhammet Kutlu “Terror təşkilatlarının siyahısını tutan ABŞ, Yaxın Şərqdə və Türkiyədə bəla olan PKK/PYD/YPG terror təşkilatını göstərmək üçün siyahıda saxlayır. Onun milyardlarla dollar maliyyə və hərbi yardım göstərdiyi, on minlərlə yük maşını silah-sursat verməsi dəfələrlə sübuta yetirilən faktdır. Bundan əlavə, Suriya və İraqa hərbi müdaxilə üçün bəhanə kimi istifadə edilən İŞİD terror təşkilatının qərb ölkələri tərəfindən qurulduğu və himayə edildiyi davamlı yazılan iddialar arasındadır”-deyə Kutlu qeyd edib.
Kutlu bildirib ki, senatorun Azərbaycanla bağlı əsassız iddialarına gəldikdə, bu iddiaların nə qədər qərəzli və təhrifdən ibarət olduğu göz qabağındadır. Onun sözlərinə görə, ABŞ və böyük qərb dövlətlərinin 30 il ərzində Azərbaycanın bir parçası olan doğma Qarabağını işğal etmək və orada məskunlaşmaq üçün milyardlarla dollarlarla, limitsiz silah-sursatla dəstəklədikləri Ermənistanı tənqid etməməsi həddən artıq diqqət çəkir.

“Hamımızın xatırlayırıq ki, onların Ermənistan-Azərbaycan münaqişəsinin həlli üçün yaratdığı Minsk Qrupu işğal müddətini uzatmaqdan başqa heç nəyə xidmət etməmişdi. Əgər Azərbaycan ordusu ilə hərəkətə keçməsəydi, ya güclənməsəydi, ən müasir silahlarla təchiz etməsəydi, Qarabağı geri almasaydı, problem onilliklər boyu davam edəcəkdi. Müharibə şəraitində olan Azərbaycan qərb dövlətlərinin aldatmalarına zidd olaraq vətənini xilas etməklə bərabər, demokratiya və plüralizmdən də güzəştə getməməyi bacaran ölkədir. Daim dəstəklədikləri və toz qondurmadıqları Ermənistan xaos içində, daim iğtişaşlar, etirazlar, parlament basqınları olan bir ölkədir. Belə bir ölkə haqqında bir kəlmə də danışmayan amerikalı senatorun Azərbaycandakı qondarma “antidemokratik” əməlləri tənqid etmək cəhdi çox məcburi cəhd kimi görünür”-deyən Kutlu vurğulayıb ki, ABŞ əvvəlcə Ermənistana demokratiya məsləhəti verməlidirlər. Məsələn, onlara deyə bilər ki, terrordan, qaçaqmalçılıqdan və narkotikdən uzaq olun, qonşularla yaxşı münasibət qurun, beləcə beynəlxalq cəmiyyətə uyğunlaşa bilərsiniz. Gənc və güclü Azərbaycan beynəlxalq birliyin, xüsusən də Türk dünyasının şərəfli və axtarılan üzvüdür.скачать dle 12.1