Bia.Az

"Qərb Ermənistana görə sözün "siyasi" mənasında "savaş"a çıxıb, Cənubi Qafqazda güclənmək istəyir"

Siyasət
 17-01-2024, 18:39     229

Fransa Senatı Azərbaycanın Qarabağa hərbi hücumunu pisləyən və Ermənistan Respublikasının hər hansı digər təcavüz cəhdlərinin və Ermənistan Respublikasının ərazi bütövlüyünün pozulmasının qarşısını alan qətnamə layihəsinə baxacaq. Bu barədə Fransa Senatının rəsmi saytında bildirilir. Qətnamədə həmçinin Azərbaycana qarşı sanksiyaların tətbiqi və Ermənistan əhalisinin Qarabağa qayıtmaq hüququna təminat verilməsi tələb olunur.

“Ağ Partiya” başqan müavini Əhəd Məmmədli Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, bu bir kağız parçasından başqa bir şey deyil. Sadəcə Makronun erməni seçicilərinə və Ermənistana “Mən Ermənistanı hələ də müdafiə edirəm” fikrini sübut etməkdən başqa bir şey deyil. O, demək istəyir ki, “Ermənistanı Paşinyandan daha çox mən düşünürəm”.
Əhəd Məmmədli 
Əhəd Məmmədli

Əhəd Məmədli qeyd edib ki, hazırda Fransa həm də Cənubi Qafqazda - Gürcüstanda və Ermənsitanda mövqelərini bərkitməyə çalışır.
Bu son qətnamə hazırlığı da Ermənistanda güclənməyə çalışmaqla əlaqəlidir.
“Burada mövzu, təkcə Qarabağ deyil. Makronun yanğısı və döyüşkənlik ruhu Ermənistan uğrundadır. Qərb Rusiya ilə Ermənistana görə sözün "siyasi" mənasında "savaş"a çıxıb. Qərbin əsas gücləri, burada ABŞ və Fransadır. Bu ölkələrin maraqları var və fəaliyyətlərini gücləndiriblər. 90-cı illərin əvvəllərində ABŞ və Böyük Britaniya güclü idi. Neft kontraktları və s. Bu gün bölgədə Fransa və Almaniya nüfuzunu artırmağa çalışır və cəhdlər edir”-deyən politoloq vurğulayıb ki, Fransa kifayət qədər Cənubi Qafqazda, əsasən Gürcüstan və Ermənistanda güclənib.
Əhəd Məmmədli hesab edir ki, Fransa sanksiya tətbiq etsə belə, nəticə əldə edə bilməyəcək.
“Sanksiya tərtib edib nə edəcək? Ən az indiki məqamda heç nə edə bilməyəcək. Əgər sabah, aqressora qarşı Zəngəzur uğrunda öz təhlükəsizliyimizi və sərhədlərimizin bütövlüyünü qorumaq üçün hərbi müdaxilələrə keçsək, nəinki Fransa, Amerika, Britaniya - bütün Qərb dünyası bizim üstümüzə gələ bilər. İndiki məqamda ancaq belə bir "işəyaramaz" çağırış ola bilər. Konkret addımların atılacağını da düşünmürəm. Çünki Fransanın həm də Azərbaycanda maraqları var. Ondan da tam imtina etmək istəmir”-deyə Əhəd Məmmədli vurğulayıb.скачать dle 12.1