Bia.Az

“Biz keçmişə “keçmişin qalığı” kimi, “geridə qalmışlıq” kimi baxmamalıyıq və dəyərlərimizi qorumalıyıq"

Siyasət
 17-01-2024, 16:33     236

Azərbaycan tarixində yeni dövrün başlanğıcıdır. Artıq qarışımıza yeni missiyalar qoymalıyıq. Bizi əvvəl Qarabağ məsələsi birləşdirirdi. Əsas dəyərimiz, o idi. İndi o məsələ həll olunub. Bizi yeni milli ideoloji bir dəyər birləşdirməli, gücümüzü bir mərkəzdə və eyni amalda, gələcək bir hədəfdə tutmalıdır. Bu dəyər nə olmalıdır?

Milli Məclisin deputatı Ceyhun Məmmədov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, bu mövzudan bəhs edərkən öncə bu gün dünyamızda çox ciddi proseslərin getdiyini nəzərə almalıyıq. Artıq dünya əksər ölkələri, qloballaşmanın nəticələrini yaşayırlar. Bu gün böyük mədəniyyətlər kiçik mədəniyyətləri udmağa davam edir. Təəssüf ki, əksər hallarda dövlətlər bu proseslərə öz adekvat reaksiyalarını verə bilmirlər. Deputat hesab edir ki, bizim qarşımızda duran ən vacib, ən mühüm məsələ birinci milli mənəvi dəyərlərimizi, mədəniyyətimizi qorumaqdır. Bu dəyərləri ənənələrə əsaslanaraq, qorumalı və gələcəyimizi qurmalıyıq. Müasirləşmə ənənələrdən uzaqlaşaraq getməməlidir.
Ceyhun Məmmədov 
Ceyhun Məmmədov“

Biz müasir olmaq istəyiriksə, təbii ki, müasir olmalıyıq. Müasir texnologiyalar, innovasiyalar sahəsində işlərimizi görməli, amma eyni zamanda tariximizi, dəyərlərimizi, mədəniyyətimizi də qorumalıyıq. Tarix, mədəniyyət, dəyərlər bizim kökümüzdür. Əgər bu kökləri biz qoruya bilməsək, bu kökləri gələcək nəsillərə çatdıra bilməsək, gələcəkdə güclü tufan və küləklər bizim bu qurmaq istədiyimiz mədəniyyəti də, ənənələri də məhv edib sıradan çıxaracaq. Bu, çox ciddi məsələdir. Bu istiqamətdə ciddi işləri aparılmalıdır. Tariximizi yaxşı bilməli, dəyərlərimizi dərindən tanımalı və bu ənənələri qorumalıyıq. Dəyərlərimizə sahib çıxmalı və gələcəyimizi onun üzərində qurmalıyıq”-deyə deputat vurğulayıb.
Ceyhun Məmmədov hesab edir ki, bu istiqamətdə işlər getsə, biz mütləq məqsədimizə nail olacağıq. Bu dəyərlərdən və ənənələrdən imtina etsək, gələcək bizim üçün çox da yaxşı görünmür. Deputatın fikrincə, bu faktları, bu məsələləri ciddi formada nəzərə almalı və gələcəyimizi bu sistem üzərində qurmalıyıq.
“Biz keçmişə “keçmişin qalığı” kimi, “geridə qalmışlıq” kimi baxmamalıyıq. Burada bizim mənəvi dəyərlərimiz, dini dəyərlərimiz, adət və ənənələrimiz xüsusi əhəmiyyətə malikdir. Bizim qarşımızda bu gün çox ciddi bir missiya və vəzifə durur. Biz bu missiyaların öhdəsindən gəlməliyik. Bu istiqamətdə addım ata bilməsək, bizim fəaliyyətimiz heç də ürəkaçan olmayacaq.
Bu gün bizim qarşımızda müxtəlif ölkələrin nümunələri, yanaşmaları, baxışı var. Bu gün biz müsəlman ölkələrində baş verən proseslərdən ciddi nəticə çıxartmalıyıq. Bu gün əksər müsəlman ölkələri ciddi təhdidlərlə, çox ciddi problemlərlə üz-üzədir. Biz bunun ölkəmizdə yaşanmaması üçün çox ciddi bir formada fəaliyyət göstərməliyik”-deyə deputat əlavə edib.скачать dle 12.1