Bia.Az

Paşinyandan SON DƏQİQƏ AÇIQLAMASI - Yenə sərsəmlədi

Siyasət
 11-05-2023, 11:32     230

"Azərbaycan Silahlı Qüvvələrinin hərəkətləri təxribat xarakteri daşıyır və mayın 1-4-də ABŞ-da əldə edilmiş irəliləyişi inkar etmək məqsədi daşıyır".

Musavat.com xəbər verir ki bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan sərhəddə ermənilərin həyata keçirdiyi təxribatdan danışan zaman bildirib.

O Azərbaycanı təxribat törətməkdə ittiham edib və bunun Brüssel və Kişinyovda gözlənilən danışıqları pozmaq məqsədi daşıdığını qeyd edib.

"Əgər vəziyyətin gərginləşməsi Azərbaycanın məqsədi deyilsə, o zaman istənilən lokal toqquşmanı sakitcə yumşaltmaq olar. Azərbaycan dezinformasiyası ötən gün vəziyyətin sabitliyinin pozulması, danışıqların pozulması və beynəlxalq ictimaiyyətin diqqətini Laçın dəhlizində yeni qeyri-qanuni keçid məntəqəsinin quraşdırılmasından yayındıran xəbərləri geriyə dönük şəkildə uydurdu. Hazırda danışıqlar üçün Brüsselə getmək qərarımı dəyişməmişəm." , - deyə erməni baş nazir bildirib.скачать dle 12.1