Bia.Az

Tevos Arşakyan: “Qarabağ Ermənistana lazım deyil”

Siyasət
 15-01-2023, 01:47     196

“Əgər vəziyyətdən çıxmaq istəyirksə, bizə güclü ordu, birləşmiş cəmiyyət, riyakar və hiyləgər diplomatiya lazımdır”. JAMAZ.İNFO xəbər verir ki, bu sözlərin müəllifi “ArmenianReport” xəbər agentliyinin analitiki Tevos Arşakyandır.

O bildirir ki, hazırda Ermənistanda iki qütb arasında dava gedir. Onun sözlərinə görə, Rusiyapərəstlərlə Qərbpərəstlər arasında gedən savaşdan isə “ermənipərəst mövqe qoxusu” gəlmir. “Məsələn, rusiyayönlü beşinci kolon Moskvanı təmizə çıxarmağa, Qarabağda baş verənlərə görə günahı Qərbin üzərinə atmağa çalışır. Onlar deyirlər ki, Uukrayna müharibəsindən sonra Rusiyaın mövqeləri çox zəifləyib. Bu səbəbdən də Laçın dəhlizini açmaq üçün gücdən istifadə edə bilmirlər. Çünki qarşılarında Türkiyəni görməli olacaqlar. Bu da ruslar üçün ikinci cəbhə olmaqla yanaşı, indiki vəziyyətdə Ankara ilə münaqişəyə girmək deməkdir. Paralel olaraq ruspərəstlər iddia edirlər ki, Paşinyan Qarabağı satıb, indi də onu rəsmiləşdirməyə başşlayıb”.
Arşakyan Qərbpərəstlərin də o birilərdən fərqlənmədiyini bildirir. O yazır ki, Qərbi müdafiə edənlər Pelosi, Şiff, Koksu köməyə çağırırlar. “Onlarınsa səsi eşidilməyəcək. Çünki iki üzlü Qərb Azərbaycandan neft və qaz alır və ona görə də Qarabağ ermənilərinin məsələsi onlar üçün maraqlı deyil”.
Erməni analitik bildirir ki, Rusiya üçün hazırda ən vacib şərt Qafaqazda hərbi mövcudluğunu qoruyub saxlamaqdır. “Onları heç nə maraqlandırmır. Hərbi mövcudluqlarını qorumaq istəyirlər. Qarabağda erməni əhalisi olsun və ya olmasın, əhəmiyyətli deyil”.
Arşakyan hər iki qütbün yanlış olduğunu vurğulayır. O qeyd edir ki, istər Rusiya, istərsə də Qərb Qarabağda baş verənlərlə bağlı müşahidəçilikdən başqa heç nə etməyəcəklər. “Ən yaxşı halda daha bir neçə mənasız bəyanatlar, icrası məcburi olmayan qətnamələr qəbul ediləcək. Bundan başqa heç nə. Hər bir siyasi qütb – Moskva və ya Qərb – əgər bizim vəziyyətimizlə bağlı hərəkətə keçirlərsə, deməli, yalnız öz milli maraqlarına uyğundur. Birdəfəlik xatırlamağımızın vaxtıdır ki, bizim üçün heç kim vuruşmayacaq – nə NATO, nə KTMT, nə İran, nə də Fransa. Bəli, bizim bu vəziyyətdə onlardan nəsə tələb etməyə haqqımız yoxdur”.
Erməni ekspert hesab edir ki, güclü ordu lazım olsa da, indiki məqamda bunun heç bir əhəmiyyəti olmayacaq. “Ermənistan hərbi gücünə görə, dünyada 94-cü, Azərbaycan isə 57-ci yerdədir. Deməli, buradan bizə nicat yoxdur. Belə olanda bizə riyakar və hiyləgər XİN lazımdır. Məhz onlar beynəlxalq aləmi hərəkətə gətirmək üçün addım ata bilərlər”.
Arşakyan üçüncü məsələni, yəni birləşmiş cəmiyyət məsələsi barəd yazarkən qeyd edib ki, onun əldə edilməsi də zaman istəyir. “Biz 32 gün ərzində nə etdik? 3 milyon əhalisi olan Ermənistandan 10 min adam tapılmadı ki, Laçın dəhlizinə yürüş etsin? Yo, bunların heç biri edilmədi. Ooturub gözləyirik ki, kimsə gəlib problemimizi bizim yerimizə həll edəcək. Amma bu bpş ümiddən başqa bir şey deyil”.
Eerməni ekspert sonda qeyd edib ki, gedişat Qarabağın Ermənistana lazım olmadığını göstərir. “Bu gün biz yeni il şənliyinin məstliyində yaşayırıq. Kişmişli düyü yeyib, bayramdanqalma salatlarla başımızı qatırıq. Bbiz hələ Qarabağa gedib çatmamışıq. Bəlkə buna ümumiyyətlə ehtiyacımız yoxdur? O zaman gəlin qərar verək: Qarabağ biz lazımdır, ya yox? Daha Qərbə, Rusiyaya üç tutmayaq”.скачать dle 12.1